Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-301/2024 16.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2959/2019 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2959/2019 saylı qətnaməsi ilə cavabdeh X2 iddiaçı X4 xeyrinə 20000 manat və qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı məzənnəsi ilə 10000 ABŞ dolları məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2685/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2959/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X5 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)- 2959/2019 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan iddiaçı X4 xeyrinə 20000 (iyirmi min) manat və qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı məzənnəsi ilə 10000 ABŞ dolları məbləğində pul, ödənmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qeyd edir ki, maddi vəziyyəti çox ağır və acnacaqlıdır. Heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Ailəlidir, iki azyaşlı uşağı var. 2019-cu il Pandemiya dövründən işləri tam dayandı, müştərilərini itirdi və müflis oldu. Bu müddət ərzində fərdi əməklə məşğul olaraq qazandığı pul vəsaitini toparlayaraq bu günə qədər Tural Əmirmətovun KAPİTAL BANK hesabına 28100 (iyirmi səkkiz min yüz) manat pul keçirmişdir. Hal -hazırda işsiz olduğundan və səhətində ciddi narahatçılıq olduğundan həmin məbləğin qalan hissəsini tam ödəməyə imkanı yoxdur. Binə qəsəbəsində yaşadığı evi ƏMLAK BAZARİNDA satışa çıxarmış və bir neçə ev alqısatqısı ilə məşğul olan ofislərə müraciət etmişdir ki, evi satıb Tural Əmirmətova olan borcunun qalan hissəsini qaytarsın. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)- 2959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarına ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, "məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar dair sübut təqdim edilmədiyindən ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclular məhkəməyə verdiyi ərizədə həm də, qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu da sübut edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin borcludan tutulmalı olan məbləğin miqdarını, borcun hissəhissə ödənilməsi təmin ediləcəyi təqdirdə müddət baxımından icra işi üzrə tələbkarın maraqları və mənafeyi pozulacağını qeyd etməklə bu baxımdan da ərizənin təmin edilməsini qanuni və ədalətli hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamənin hissə-hissə icra edilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xəzər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2959/2019 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-301/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-301/2024
16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver