Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-301/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1228/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus “VAZ 21723” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1228/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi məqsədilə Xəzər Rayon Məhkəməsinin 8(003)-1701/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21723” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar xx.xx.2019-cu il tarixdə vəfat etdiyi və onun vəfatından 6 ildən artıq müddətin keçməsinə baxmayaraq onun barəsində vərəsəlik işi açılmamış, onun yaxınlarından hüquqi varis kimi tanınması üçün Xəzər rayon İcra şöbəsinə və ya Xəzər Rayon Məhkəməsinə müraciət edilmədiyi üçün Borclu məxsus “VAZ 21723” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-1228/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinin surətindən görünür ki, Borclu Tələbkar xeyrinə 3000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, 3030 manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 8(003)-1701/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadın surətindən görünür ki, Borclu məxsus “VAZ 21723” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan EMİS portalından çıxarışdan görünür ki, Tələbkar xx.xx.2019cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunan Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə Tələbkar xx.xx.2019-cu il tarixdə vəfat etdiyinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinin tələbinə əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-1228/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. İşin araşdırılmış hallarından görünür ki, icra sənədi üzrə Tələbkar xx.xx.2019-cu il tarixdə vəfat etmiş, onun vəfatından 6 ildən artıq müddətin keçməsinə baxmayaraq onun barəsində vərəsəlik işi açılmamış, onun yaxınlarından hüquqi varis kimi tanınması üçün Xəzər rayon İcra şöbəsinə və ya Xəzər Rayon Məhkəməsinə müraciət edilmədiyinə görə məhkəmə hesab edir ki, Borclu məxsus “VAZ 21723” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin qalmasına olan zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməlidir. Qeyd olunanlara əsasən və «İcra haqında» Azərbaycan Respublikası Qanununun 20.1.3-cü, 20.2-ci maddəsinə, Azərbaycan Respublikası MPM-in 162, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1701/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus “VAZ 21723” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-301/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-301/2025
04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver