Məhkəmə qərarları › İş №8(003)-308/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-308/2025

04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-308/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Dadaşov Elşən Rövşən oğlunun katibliyi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1 Borclu iştirakı ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1 Borclu məcburi gətirilməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X4 məhkəməyə təqdimatla müraciət edərək, Borclu Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2165/2021-009 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə , 02 sentyabr 2015-ci il təvəllüdlü X3 və 16 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 aprel 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş üzrə cavabdeh tərəfindən dövlət büdcəsinə dövlət rüsumu olaraq ödənilməli ollan məbləğ isə 30 manatır.İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 0 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. xx.xx.2025-ci il tarixində borclunun məcbur gətirilməsi haqqında qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X5 təqdimatın məzmununa uyğun izahat verərək, təqdimatın təmin edilməsini xahiş etdi. O, həmçinin bildirdi ki, Borclu 2021-ci ildən etibarən məhkəmənin icra sənədi əsasında aliment tutulur, əvvəllər aliment ödənişində hər hansı problem yaranmamış, icrasında gecikmə olmamışdır. Ancaq 2025-ci ildə aliment məbləği artırılandan sonra borclu icradan yayınmış, onun 2025-ci ilin iyul və avqust ayları üzrə 2 (iki) aylıq aliment borcu yaranmışdır. Borcluya dəfələrlə sms bildiriş göndərilmiş, onunla dəfələrlə telefon əlaqəsi saxlanılmış, lakin borclu icra şöbəsinə könüllü surətdə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən Borclu izahatında təqdimatın təmin edilməməsini xahiş etdi. O, 2021-ci ildən indiyə kimi alimenti tam şəkildə ödədiyini, heç bir borcunun olmadığını, icra məmurunun çağırışlarına da hər zaman vaxtlı-vaxtında gəldiyini, sadəcə 2025-ci ildə aliment məbləği artırılandan sonra ödəməkdə çətinlik çəkdiyini, təkcə 2025-ci ilin iyul ayı üçün aliment borcu qaldığını, o, məhz tələbkarın (yəni keçmiş həyat yoldaşının) ona icra şöbəsinə getməməsini söylədiyi üçün gəlmədiyini, tezliklə borcunu ödəyəcəyini və çağırışlara da gələcəyini bildirdi. Tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Bеlə ki, iş materialında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2165/2021-009 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-2165/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə, 02 sentyabr 2015-ci il təvəllüdlü X3 və 16 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 aprel 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması və 30 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2165/2021-009 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılması haqqında qərar qəbul etmişdir. - xx.xx.2025-ci il tarixli, e85614/5A nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2165/2021-009 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin könüllü icra edilməyəcəyi təqdirdə icra məmuru tərəfindən məcburi icra tədbirləri görülməli olacağı barədə Borclu xəbərdarlıq edilmişdir. - xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu tərəfindən icra sənədi üzrə tələblərin təmin edilməməsi, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırması səbəbilə ünvan ünvanında yaşayan Borclu Xəzər rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-231/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2165/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi təyin edilmiş aliment məbləği dəyişdirilmiş, xx.xx.2025-ci il tarixindən başlayara 02 sentyabr 2015-ci il təvəllüdlü X3 və 16 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli hədində (hər uşağa ayrı-ayrılıqda) sabit pul məbləğində aliment tutulması qət edilmişdir. - xx.xx.2025-ci il tarixli sms bildirişin göndərilməsi barədə çıxarışdan görünür ki, Borclu (********** telefon nömrəsinə) 10 gün könüllü icra müddəti ərzində icranı təmin etməsi ilə bağlı məlumat göndərilməsi tranzaksiya İD xətası səbəbilə mümkün olmamışdır. - xx.xx.2025-ci il tarixli sms bildirişin göndərilməsi barədə çıxarışdan görünür ki, Borclu (********** telefon nömrəsinə) 10 gün könüllü icra müddəti ərzində icranı təmin etməsi ilə bağlı məlumat göndərilməsi tranzaksiya İD xətası səbəbilə mümkün olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.2.-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir - 8.3-cümaddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. - 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. - 84.2-ci mаddəsinə əsаsən icrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsində məhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıda qeyd olunan qanunvericilik normalarının hazırkı işin faktiki hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması halı məhkəmə araşadırması zamanı müəyyən edilməmiş, bu faktı (borclunun gəlməkdən üzrsüz səbəbdən yayınması halını) təsdiq edən hal təqdimatda əsaslandırılmamışdır. Digər tərəfdən, iş materiallarında icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın və eyni tarixli tələbin könüllü icrası barədə bildirişin borcluya göndərilməsini təsdiq edən sübut mövcud deyildir. İcra məmuru tərəfindən həmin qərar və bildirişin SMS bildiriş vasitəsilə borcluya göndərildiyi qeyd edilsə də, iş materilallarına əlavə edilmiş çıxarışdan görünür ki, sms bildirişlərin “tranzaksiya İD xətası” səbəbilə göndərilməsi mümkün olmamışdır. Eləcə də İcra məmurunun xx.xx.2025-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında qərar”ının da borcluya göndərilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Borclu da məhkəmə iclasında verdiyi izahatında, nə icraata başlamaq haqqında, nə borclunun məcburi gətirilməsi haqqında qərarların, nə də tələbin könüllü icrası barədə bildirişin ona təqdim edilmədiyini bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırki iş üzrə borclunun icrа məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yаyınması halı sübuta yetirilmir. Belə olan halda, borclu bаrəsində məhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbirinin tətbiq оlunması üçün əsas yoxdur. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən verilmiş, Borclu məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1 Borclu məcburi gətirilməsi haqqında təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar