Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-310/2023 29.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından tələbkar X1 şikayətinə baxaraq məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1872/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurunun 03 avqust 2023-cü il tarixli, 10944/1A saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, şikayət geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, icra sənədinin qaytarılması haqqında icra məmurunun qərarından icra sənədini vermiş məhkəməyə şikayət verilə bilər. Belə olan halda, qanunvericiliyin tələbinə əsasən X3 “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan icra sənədini vermiş məhkəməyə, yəni Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etməli idi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından X1 şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından X1 şikayəti geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-310/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-310/2023
29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver