Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-315/2025 13.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İcra sənədi üzrə Borclu iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2(003)-753/2025 saylı qətnaməsinin hissə – hissə icra olunması barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2(003)-753/2025 saylı qətnaməsinə əsasən, cavabdeh Borclu 15661,81 manat əsas borc, 668,31 manat faiz borcu və ödənilmiş 138,99 manat dövlət rüsumu borcu, cəmi 16469,11 manat tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2(003)-753/2025 saylı qətnaməsi üzrə borc məbləğinin hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Borclu izahatında göstərdi ki, onun maliyyə vəziyyəti çox ağırdır. Qətnamədə göstəriln məbləği birdəfəlik ödə imkanı yoxdur. Hazırda davamlı olaraq heç bir yerdə işləmir, Tikinti-təmir işləri olandan –olana işləyir. O bildirmişdir ki, onun aylıq qazancı 200-300 manat təşkil edir. Ərizəçi göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəyə baxılması ilə bağlı tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, tələbkar məhkəmədə iştirak etməmişdir. Belə ki, tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq, məhkəmə ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun ərizəsini icra işinin materialları ilə birlikdə nəzərdən keçirərək, ərizəçinin izahatını dinləyib, hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, iş materiallarında olan Tələbkar ASC tərəfindən məhkəməyə ünvanlanmış etiraza əsasən məlum olur ki, Xəzər rayon məhkəməsinin e-2(003)-753/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə ümumilikdə 16 330,12 manat məbləğində kredit borcu və 138,99 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin qəbul olunmasından müəyyən müddət keçməsinə baxmayaraq bu günə qədər cəmi 50 manat borc ödənilmişdir. Hazırda qərar üzrə 16 419,11 manat təşkil edir. Borclu Xəzər rayon məhkəməsinin e- 2(003)- 753/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsi üzrə ödəməli olduğu borc məbləğinin hissə- hissə ödənilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Xəzər rayon məhkəməsindən banka göndərilən bildirişdə Xəzər rayon məhkəməsinin e-2(003)- 753/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsi üzrə Borclu məhkəmə qətnaməsi üzrə qeyd edilən borcun hissə-hissə ödənilməsinə dair ərizəsinə məhkəmə iclasında baxılması 13 oktyabr 2025-ci il tarixdə, saat 11:00-a təyin edildiyi göstərilmişdir. Borclunun hissə-hissə ödənilmə ilə bağlı ərizəsinə etiraz edirlər. Belə ki, bankın əməkdaşları tərəfindən borclunun özü ilə dəfələrlə əlaqə yaradılmış hər dəfəsində müxtəlif bəhanələr gətirərək heç bir ödəniş etməmişdir. Hazırda borclunun ərizə ilə məhkəməyə müraciət etməsi məhkəmə qətnaməsinin icrasını ləngitmək məqsədi daşıyır. Bank borclu ilə dəfələrlə razılıq əldə etmək üçün danışıqlar aparmış, lakin borclu müəyyən bəhanələr gətirərək borc öhdəliyini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasının uzadılması üçün belə bir addım atmışdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci maddəsində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənləri nəzərə alaraq, Xəzər rayon məhkəməsinin e-2(003)-753/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsində qeyd edilən borcun hissə-hissə ödənilməsi ilə bağlı Borclu ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həminin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Borclu ərizədə qətnamənin hissə-hissə icra olunmasını xahiş etmişdir ki, qətnamənin hissə – hissə icra olunması barədə ərizəsi təmin olunarsa icra prosesi bir neçə ilə başa çatacaqdır. Buna görə də məhkəmə hesab edir ki, ərizənin bu qaydada təmin olunması tələbkarın mənafeyinin əhəmiyyətli dərəcədə pozulması və məhkəmə qərarının uzun müddət icra olunmaması ilə nəticələnir. Avropa Məhkəməsinin “Xornsbin Yunanıstana qarşı işi üzrə” 19 mart 1997—ci il tarixli qərarında qeyd olunmuşdur ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə, tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır. Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının tərkib hissəsidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2(003)-753/2025 saylı qətnaməsinin hissə – hissə icra olunması barədə Borclu ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-315/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-315/2025
13.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver