Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-316/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Ərizəçi (borclu) Borclu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-526/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Ərizəçi (borclu) Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-526/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə ona məxus olan “VAZ 21041” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin 2(003)-644/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin icrasını təmin etmək məqəsədilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-526/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21041” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Borclu Xəzər rayon Məhkəməsinin 2(003)-644/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən BOKT "xxxx" MMC-yə olan 103 ABŞ dolları məbləğində pulu və 20 manat məbləğində dövlət rüsumun tam şəkildə ödəmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 izahatında borclu tərəfindən icra sənədi üzrə borcun tam ödənildiyini, tələbkar tərəfindən icra şöbəsinə rəsmi məktub ünvanlanaraq borc tam ödənildiyi üçün icra sənədi üzrə görülmüş bütün məcburi icra tədbirlərinin ləğv edilməsi və icraata xitam veilməsi xahiş edildiyini, bu səbəbdən əmlak üzərinə qoyulmuş həbsin qalmasına ehtiyac olmadığını, ərizənin təmin edilməsinə etiraz etmədyini bildirmişdir. İclasın yeri və vaxtı barədə borclu və tələbkar xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə uyğun olaraq, onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(003)-526/2018 saylı qərardadından görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-644/2018 saylı, xx.xx.2018ci il tarixli məhkəmə əmrinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “VAZ 21041” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - BOKT "xxxx" ASC tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-644/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu tərəfindən "xxxx" ASC-yə olan borcu tam həcmdə ödəndiyindən icra sənədi üzrə görülmüş bütün məcburi icra tədbirlərinin ləğv edilməklə, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. - Xəzər rayon İcra şöbəsinin xx.xx.2020-cı il tarixli 15533 /5A saylı məktubundan görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-644/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə dair “icra sənədinin geri qaytarılması barədə” qərarı və icra sənədi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borcluya məxsus əmlakın üzərinə həbsin qoyulmasına əsas olmuş icra sənədi (Xəzər rayon Məhkəməsinin 2(003)-644/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri) tam icra olunmuşdur. Məhkəmə qeyd edir ki, əmlak üzərinə həbs qoyulmasının məqsədi tələbin icrasını təmin etmək olduğundan və hazırda borclu tərəfindən tələb (icra sənədi) tam icra edildiyindən, hər hansı məcburi icra hərəkətinin edilməsinə ehtiyac qalmamış, o cümlədən borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin qalmasına da zərurət ortadan qalxmışdır. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-526/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21041” minik markalı, **-FM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-526/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21041” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №8(003)-316/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-316/2025
25.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver