Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-32/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin 8(003)-713/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5141/2018 saylı, 04 may 2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X5 məxsus “MERCEDES SLK 230” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı və “OPEL ASTRA” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Hazırda borclu X7 ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “OPEL ASTRA” minik markalı **-CE-*** qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həbsin qoyulmasına əsas olmuş "xxxx" QSC-yə olan borcu hazırda tam ödənilmişdir. Ona görə də hesab edir ki, ona məxsus avtomobilin üzərinə qoyulmuş həbsin qalmasına zərurət aradan qalxmış və həmin həbs götürülməlidir. İş üzrə Xəzər rayon İcra Şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalarda, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5141/2016 saylı, 04 may 2018-ci il tarixli icra sənədinə əsasən borclu X1 iddiaçı "xxxx" QSC-nin xeyrinə 7210,41 ABŞ dolları əsas borc, 10 ABŞ dolları cərimə, cəmi 7310,41 ABŞ dolları borc ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumu cavabdehlər X8 və X1 və X3 birgə qaydada tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən X6 ünvanlanmış məktubdan görünür ki, X4 "xxxx" QSC qarşısında heç bir kredit öhdəliyi və zaminlik öhdəliyi mövcud deyildir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, borclunun icra sənədi üzrə icranı tam icra etməsini, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(003)-713/2018 saylı qərardadı ilə borclu X5 məxsus “OPEL ASTRA” minik markalı, **- CE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(003)-713/2018 saylı qərardadı ilə «OPEL ASTRA» minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-32/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-32/2023
15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver