Məhkəmə qərarları › İş №8(003)-321/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-321/2025

25.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-321/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Tələbkar iştirakı ilə, Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi

1. Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)- 4387/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 136 (bir yüz otuz altı) manat məbləğ artırılaraq, borcludan hər ay ərizəçinin xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müraciət olunan vaxtdan artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının müvafiq misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4387/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 19 may 2015-ci il təvəllüdlü X1 üçün hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində alimentin borcludan tutularaq ona ödənilməsi qət edilmişdir. Uşaq böyüdükcə, tələbatları artıqca onun tələbatını ödəyə bilmir. Ona görə müəyyən edilmiş aliment məbləğinin qanuna uyğun olaraq indeksasiya edilməsi zəruridir.

3. Məhkəmə iclasında iştirak edən ərizəçi (tələbkar) Tələbkar ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir.

4. Ərizəyə baxılma yeri və vaxtı barədə borcluya məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onun iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir.

6. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)- 4387/2017 saylı qətnaməsinə əsasən, 19 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq Ələkbərova (Ziyadova) Cəmilə Murad qızına ödənilməsi qət edilmişdir.

7. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

8. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

10. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 (bir yüz on altı) manat müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının:

12. 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

13. 8.4-2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

14. 8.4-3-cü bəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu (tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik) məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır.

15. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tələbkar ilə borclunun birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün borcludan sabit məbləğdə alimentin tutularaq tələbkara verilməsinə dair məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya olunmasının tələb edilməsi qanuna uyğundur.

16. Belə ki, məhkəmə tərəfindən müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında borcludan hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment tutulmuşdur. Qətnamənin qəbul edildiyi 2017-ci il üçün ölkə üzrə minimum əmək haqqı məbləği 116 (bir yüz on altı) manat təşkil etmişdir. Yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2017-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının (136:116) 1,17 mislini təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli (1,17 misli) həddində indeksasiya olunmalıdır.

17. Məhkəmə həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci bəndinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən də, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə hesab edir ki, eyni hüquqi mövqe analoji olaraq alimentin indeksasiya edilmiş məbləğdə tutulmasına da şamil edilməli, bu səbəbdən alimentin indeksasiya edilmiş məbləğdə tutulması hazırki ərizə ilə məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

18. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hazırki ərizəyə iddia icraatı qaydasında alimentin artırılması və ya azaldılması kimi deyil, icra icraatı qaydasında alimentin indeksasiyası çərçivəsində baxılır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarının 8.4-3-cü bəndində qeyd edildiyi kimi, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Ona görə məhkəmə qeyd edir ki, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar (tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik) olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır.

19. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli, 2(003)-4387/2017 saylı qətnaməsi ilə 19 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Həmçinin tərəflərə izah olunur ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar (tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik) olduğu halda, alimentin miqdarının dəyişdirilməsi tələbi ilə iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsini rəhbər tutaraq, məhkəmə

Qərara aldı Ərizə qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-4387/2017 saylı qətnaməsi ilə 19 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar