Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-322/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Borclu məxsus əmlak üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan Bakı şəhəri Xətai rayonu Aşıq Ələsgər küçəsində yerləşən 4 saylı evin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3915/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 cəmi 9677,37 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Tələbin yönəldilməsi məqsədilə Borclu məxsus evin üzərinə həbs qoyulmuşdur. Tələbkarın xx.xx.2022-ci il tarixli məktubuna əsasən banka olan borc tam şəkildə ödənilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin Bakı şəhəri Xəzər rayon icra şöbəsinin və tələbkarın nümayəndələri və borclu məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə, təqdimata iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3915/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 müştərək qaydada cəmi 9657,37 manat məbləğində borcun tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3913/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 956/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3915/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbin yönəldilməsi məqsədilə Borclu məxsus Bakı şəhəri Xətai rayonu Aşıq Ələsgər küçəsi ev 4 üzərinə həbsin qoyulması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin araşdırılmış hallarından görünür ki, tələbin yönəldilməsi məqsədilə borcluya məxsus daşınmaz əmlakın üzərinə həbsin qoyulmasına əsas olmuş icra sənədi üzrə deyil, başqa nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Bununla da həmin əmlak üzərində həbsin qoyulmasına olan zərurət aradan qalxmamışdır. Odur ki, məhkəmə hesab edir ki borcluya məxsus daşınmaz əmlak üzərinə həbsin qoyulmasına olan zərurət aradan qalxmadığından təqdimat əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin Borclu məxsus daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(003)-322/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-322/2022
01.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver