Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-333/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Borclu məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1975/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-280/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu - Borclu məxsus olan "Audi 62.8 Quatro" minik markalı, ** KF *** dövlət qeydiyyat nişanlı, "Azsamand LX" minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı və "Opel Astra" minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması qərara alınmışdır. Hazırda Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov təqdimatla məhkəməyə müraciət edərək, borclulara məxsus avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-280/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borcludan 6897,21 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə verilməlidir. İcra tədbirləri zamanı icra sənədinə göstərilən borc tələbkar "xxxx" ASC-nə ödənilmiş və bu barədə məktuba alınaraq icra işinə əlavə edilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş üzrə Xəzər Rayon İcra şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, icra şöbəsinin və tələbkarın nümayəndəsi, borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 280/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu ümumilikdə 6897,21 ABŞ dolları məbləğində pul qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamenti Xəzər rayon İcra şöbəsinə məktubla müraciət edərək Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli fərmanına əsasən icra sənədi üzrə borc restrukturizasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-280/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin araşdırılmış hallarından görünür ki, borcluya məxsus əmlakların üzərinə həbsin qoyulmasına əsas olmuş icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, borcluya məxsus əmlakların (avtomobillərin) üzərində həbsin qalmasına olan zərurət aradan qalxdığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1975/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadına əsasən borclular - Borclu məxsus olan "Audi 62.8 Quatro" minik markalı, ** KF *** dövlət qeydiyyat nişanlı, "Azsamand LX" minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı və "Opel Astra" minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1975/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə borclu - Borclu məxsus olan "Audi 62.8 Quatro" minik markalı, ** KF *** dövlət qeydiyyat nişanlı, "Azsamand LX" minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı və "Opel Astra" minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(003)-333/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-333/2022
01.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver