Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-334/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Tələbkar "xxxx" QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, Tələbkar "xxxx" QSC BOKT tərəfindən verilmiş Xəzər Rayon Məhkəməsinin 2-348/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələbkar "xxxx" QSC BOKT tərəfindən verilmiş Xəzər Rayon Məhkəməsinin 2-348/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-yə məxsus problemli aktivlərin mərhələli şəkildə bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" QSC-nin İdarəetməsinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edir ki, Xəzər rayon Məhkəməsinin 2-348/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdeh X5 qarşı iddiası təmin edilmiş, X3 əsas borc üzrə 10952 (on min doqquz yüz əlli iki) ABŞ dolları, faiz borcu üzrə 803 (səkkiz yüz üç) ABŞ dolları, cəmi 11.755 (on bir min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 19.80 (on doqquz manat, 80 qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X4 mülkiyyətində olan buraxılış ili 2004-cü il olan, **-MJ-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ SONATA” markalı ban- KMNEM418B154136961, gümüşü rəngli avtomobilə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrasına kömək etmək məqsədi ilə Cəmiyyət tərəfindən borcluya məxsus ipoteka predmeti olan **-MJ-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SONATA” markalı (buraxlış ili 2004, ban-KMNEM418B154136961, rəngi gümüşü) minik avtomobilinə dair məlumat əldə etmək üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsinə xx.xx.2019-cu il tarixli 3887 saylı məktubla müraciət edilmişdir. (məktubun surəti qoşmaya əlavə edilmişdir.) Həmin müraciət məktubuna cavab olaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat - İmtahan İdarəsindən verilən xx.xx.2019-cu il tarixli ********* nömrəli cavab məktubuna əsasən məlum olmuşdur ki, borcluya məxsus ipoteka predmeti olan 10-M/-303 dövlət qeydiyyat nişanlı “HYUNDAİ SONATA” markalı (buraxılış ili 2004, banKMNEM418B154A136961, rəngi gümüşü) minik avtomobili xx.xx.2004-cü il tarixdə yüklü edilmiş, xx.xx.2004-cü il tarixdə girovdan azad edilərək mülkiyyətçisi dəyişmişdir. (məktubun surəti qoşmaya əlavə edilmişdir.) Belə olduğu təqdirdə Xəzər rayon Məhkəməsinin 2-348/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi zərurəti yaranmışdır. Qeyd olunalara əsasən Xəzər rayon Məhkəməsinin 2-348/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi, borclu X3 11.755 (on bir min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində qalıq borcun ümumi qaydada tutulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" QSC BOKT-un nümayəndəsi X2 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşdə iştirak etmiş digər şəxslər və Xəzər rayon İcra şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə qanunvericiliyin tələbinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, işin materiallarından görünür ki, Xəzər rayon Məhkəməsinin 2-348/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdeh X5 qarşı iddiası təmin edilmiş, X3 əsas borc üzrə 10952 (on min doqquz yüz əlli iki) ABŞ dolları, faiz borcu üzrə 803 (səkkiz yüz üç) ABŞ dolları, cəmi 11.755 (on bir min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 19.80 (on doqquz manat, 80 qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X4 mülkiyyətində olan buraxılış ili 2004-cü il olan, **-MJ-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ SONATA” markalı ban-KMNEM418B154136961, gümüşü rəngli avtomobilə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Məhkəmə hesab edir ki, Xəzər Rayon Məhkəməsinin 2-348/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsi ilə mübahisə həll edilərkən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə yanaşı, borcun bilavasitə cavabdeh X3 tutulması nəzərdə tutulmuşdur. Başqa sözlə desək, məhkəmənin 2-348/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsi ilə 11755 ABŞ dolları məbləğində kredit borcunun tutulması qət edilmişdir. Belə olan halda ipoteka ilə yüklü edilmiş əmlakın özgəninkiləşdirilməsi hazırda pulun borclu X3 bilavasitə tutulmasına maneə deyildir. Odur ki, icra üsulunun dəyişdirilməsi barədə ərizə təmin edilə bilməz və Xəzər Rayon Məhkəməsinin 2-348/2005 saylı xx.xx.2005-ci il tarixli icra sənədi məhkəmə qətnaməsinin icrası qaydasında borcun bilavasitə cavabdeh X3 tutulması ilə icra edilməsi mümkündür. Qeyd olunanlara əsasən, ərizə təmin edilə bilməz, rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Tələbkar "xxxx" QSC BOKT tərəfindən verilmiş Xəzər Rayon Məhkəməsinin 2-348/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-334/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-334/2022
06.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver