Məhkəmə qərarları › İş №8(003)-335/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-335/2022

29.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-335/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Tələbkar iştirakı ilə, İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru böyük icra məmuru Mübariz Abbasov təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus “Renault Kangoo” minik markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2299/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “Renault Kangoo” minik markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tələbkar X1 izahatında bildirmişdir ki, Borclu təxminən 2000 manat məbləğində borcu var. Teyfur alimenti ödəyir, lakin gec ödəyir. Buna baxmayaraq ona məxsus avtomobilin üzərinə həbsin qoyulmasını istəmir. Ona görə də təqdimatın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi 2 ildən sonra bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirildiyindən və bu səbəbdən ondan tutulan alimentin məbləğlərində fərq yaranmışdır. Həmin fərqə görə də borcu yaranmışdır. Həmin borcu isə tam ödəyə bilmir, lakin hissəhissə olmaqla ödənişlər edir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidır. Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2299/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə Borclu 3 uşağın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İş materiallarından görünür ki, borclunun adına “Renault Kangoo” minik markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. “İcra haqqında” Qanunun (bundan sonra-Qanun) 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. İşin araşdırılmış hallarından görünür ki, icra sənədi üzrə borclunun borcu yaranmışdır. Lakin həmin borcun ödənilməsinin təmin etmək məqsədilə tələbin ona məxsus avtomobilə yönəldilməsinə tələbkar etiraz edir. Odur ki, məhkəmə hesab edir ki, hazırki vəziyyətdə tələbin yönəldilməsi məqsədilə borcluya məxsus avtomobilin üzərinə həbsin qoyulmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələbin yönəldilməsi məqsədilə borcluya məxsus əmlakın üzərinə həbsin qoyulmasına zərurətin olması müəyyən edilmədiyindən təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru böyük icra məmuru Mübariz Abbasovun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2299/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin yönəldilməsi məqsədilə Borclu məxsus olan “Renault Kangoo” minik markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar