Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-336/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-1453/2025-014 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarxində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2025-ci il tarixli qərarla icraatına başlanılmış Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(003)-1453/2025-014 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədinə əsasən Borclu 42500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 217.50 manat tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun artıq hissəsi yəni 30 manatı iddiaçıya geri qaytarılmalıdır. İcraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın sürəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində onun könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələbin könüllü icra edilməməsi səbəbi ilə borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 ştirak edərək izahatında, Borclu Xəzər rayon Məhkəməsinin e-2(003)-1453/2025-014 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən xəbərdar olduğunu, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqında bildirişin ona şəxsən təqdim edildiyini, ondan Xəzər rayon İcra şöbəsində yazılı izahat alındığını, axtarışa verildiyini, inzibati qaydada məsuliyyətə cəlb edildiyini, hazırda da qətnaməni üzrsüz səbəbdən icra etməkdən yayındığını və dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq çağırışlara gəlmdəyini bildirərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbbələri barədə məhkəməyə məlumat verməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün fiziki və hüquqi şəxslər, dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların icrasına məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. İş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin e-2(003)-1453/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh Borclu 42.500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 217.50 manatın tutularaq iddiaçı Tələbkar ödənilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun artıq hissəsi, yəni 30 manatın iddiaçıya geri qaytarılması qət edilmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında Qərarın və həmin tarixli Bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraat başalanılmış və borcluya qətnaməni 10 gün müddətinə könüllü icra etməsi təklif olunmuşdur. Qeyd olunan qərar və bildiriş, həmin sənədlərə xx.xx.2025-ci il tarixində borclu tərəfindən imza edilməklə şəxsən qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Borclu barəsində mövcud olan icra sənədindən xəbərdar olduğunu, icra sənədini ödəmək imkanının olmaması səbəbilə tam ödəmədiyini, bu günədək 1300 manat məbləğində ödəniş etdiyini və hazırda icra sənədi üzrə mövcud qalıq borcu ödəməyə imkanının olmadığını bildirmişdir. Həmçinin, adına daşınar və daşınmaz əmlakın olmadığını, aidiyyəti təşkilatlarda qiymətli kağız və əmanətinin olmadığını da izahatına əlavə etmişdir. Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Borclu Xəzər rayon Məhkəməsinin e-2(003)-1453/2025-014 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin könüllü icrasından yayınması və yaşayış ünvanının məlum olmaması səbəbilə borclunun axtarışa verilməsi barədə xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmiş və icra edilməsi üçün Xəzər rayon Polis İdarəsinə göndərilmişdir. Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, fərdi evdə yaşayan Borclu barəsində olan, xx.xx.2025-ci il tarixli Aİ-10819/25 nömrəli axtarış işi xitam edilməsi üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-2189/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Quliyev X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. MPM-in 231.3-cü maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Yuxarıda qeyd olunan qanunvericilik normalarının işin fatiki hallarına tətbiqi baxımından müəyyən edilir ki, qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icra sənədi aidiyyəti üzrə icra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlanılması haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş tərtib edilərək iş üzrə borcluya təqdim edilmiş, borclu icra şöbəsində verdiyi izahatda barəsində mövcud olan icra sənədindən xəbərdar olduğunu, lakin ödəməyə imkanı olmadığını bildirmiş, borclu icra sənədi üzrə öhdəliklərini icra etməkdən yayınmış, bu səbəblə borclu barəsində icra məmurunun qanuni tələblərinə uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilmiş, barəsində axtarış elan edilmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, bundan sonra borclu yenə də icra sənədi üzrə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində heç bir hərəkət etməmiş, qətnaməni icra etməməyə davam etmiş, dəfələrlə sms bildiriş göndərilərək çağırılsa da çağırışdan da yayınmışdır. Göründüyü kimi, icra məmuru tərəfindən yuxarıda qeyd edilən məcburi icra hərəkətləri görülmüş və bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət edilmişdir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1453/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1453/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №8(003)-336/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-336/2025
06.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver