Məhkəmə qərarları › İş №8(003)-339/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-339/2022

15.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-339/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1289/2021 №-li qətnaməsinin izah edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1289/2021 №-li qətnaməsinin izah edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1289/2021 nömrəli qətnaməsi icra olunması üçün daxil olmuşdur. Bununla əlaqədar bildirir ki, Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Lakin Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1289/2021 nömrəli qətnaməsindən göründüyü kimi tələbin icrasının Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin üzərinə qoyulması müəyyən edilməmişdir. Həmçinin bildirir ki, məhkəmə qərarında X1 hüquqi şəxsin direktoru kimi dövlət reyestrinə daxil edilməsi barədə cəmiyyətin ümumi yığıncağının qərarı deyil, hüquqi şəxsə direktor vəzifəsinə təyin edilməsi barədə əmrin ləğv edilməsi qeyd edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)- 1289/2021 nömrəli qətnaməsinə xx.xx.2017-ci il tarixli 04 nömrəli əmrin ləğvinin Ə.Ağayevin müəssisənin icra orqanının rəhbəri statusunun xitamına səbəb olub-olmaması və bununla bağlı hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik üçün əsasın yaranıbyaranmaması məsələsinə, ümumiyyətlə, Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin üzərinə hər hansı bir öhdəliyin qoyulub-qoyulmaması barədə izahın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X3 ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçıları məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1289/2021 №-li qətnaməsini və işin digər materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, ərizə əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X1 cavabdeh "xxxx" Firmasına qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "REAL-555” Firmasının onun direktor vəzifəsinə təyin olunmağı barədə,19 iyun 2017-ci il tarixli, 04 №-li qanunsuz və əsassız olan əmrin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1289/2021 №-li qətnaməsi ilə iddia təmin edilmiş, X1 "REAL-555” firmasına direktor vəzifəsinə təyin olunmağı barədə 19 iyun 2017-ci il tarixli, 04 №-li əmr ləğv edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1289/2021 №li qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir, lakin qətnamənin icrası hal-hazıradək mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin araşdırılan hallarından görünür ki, iddiaçı X1 iddia tələbi üzrə məhkəmə, X1 "REAL-555” firmasına direktor vəzifəsinə təyin olunmağı barədə 19 iyun 2017-ci il tarixli, 04 №-li əmrin ləğv edilməsinə dair qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Göründüyü kimi qanunvericiliyin göstərilən müddəası müvafiq icra sənədinin icrasını onun məzmununu dəyişdirmədən izah etməyi mümkün hesab edir. Lakin, qətnamənin izah edilməsi onun mətnində yol verilmiş anlaşılmaz, çətin, mürəkkəb, ziddiyətli və bu kimi ifadələrin aydınlaşdırılmasını nəzərdə tutur və bu zaman qətnamənin məzmununa xələl gəlməməli, onun mahiyyətinə təsir edə biləcək izahlara yol verilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1289/2021 №-li qətnaməsi iddia tələbi həcmində, iddia tələbindən kənara çıxmadan aydın ifadələrlə tərtib edilərək X1 "REAL-555” firmasına direktor vəzifəsinə təyin olunmağı barədə 19 iyun 2017-ci il tarixli, 04 №-li əmrin ləğv edilməsi qət edilmişdir. Yəni qətnamənin əlavə olaraq izah olunmasına heç bir ehtiyac yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1289/2021 №-li qətnaməsinin izah edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.4, 230.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1289/2021 saylı qətnaməsinin izah edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar