Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-339/2025 09.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Tələbkar MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Elbrus oğlunun iştirakı ilə, Tələbkar Bakı şəhəri Maraqlı şəxs icra məmuru Pərvin Mehralıyevin hərəkətlərindən şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Tələbkar MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-*75/12 saylı iş üzrə xx.xx.2012-ci il tarixli Məhkəmə Əmrinin icra edilməməsi ilə bağlı, Xəzər rayonu icra şöbəsinin hərəkətsizliyi qanunsuz hesab edilərək aradan qaldırılması, məcburi icra tədbirlərinin görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında Tələbkar MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Elbrus oğlu məhkəməyə ərizə təqdim edərək, 8(003)-339/2025 saylı iş üzrə şikayətin geri götürülməsini və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Elbrus oğlu izahatında şikayət ərizəsində qeyd olunan mübahisəli vəziyyətin aradan qaldırılması səbəbilə şikayət ərizəsinin məhkəmə tərəfindən baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, şikayət ərizəsi baxılmadan geri qayatrılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə qeyd edir ki, hər nə qədər icra məmurunun hərəkətlərindən şikayət ərizəsinin baxılmamış saxlanmasını və ya geri qaytarılmasını tənzimləyən xüsusi normalar olmasa da, yuxarıda qeyd olunan normaların tələbini analoji qaydada hazırki işə tətbiq edərək məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 2*3-2*4 və 2*8-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Tələbkar Bakı şəhəri Maraqlı şəxs icra məmuru Pərvin Mehralıyevin hərəkətlərindən verdiyi şikayət geri qayatrılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №8(003)-339/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-339/2025
09.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver