Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-341/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları X5 ərizə ilə məhkəməyə müraciət edərək, “VAZ 21074” minik markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 8(003)-200/2023 saylı xx.xx.2023 tarixli qərardadı ilə onun etibarnamə ilə idarə etmiş olduğu **-BV-*** DQN-lı VAZ 21074 markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Nəticədə o, öz avtomobilin üzərində sərəncam verə bilmir. O həmin avtomobili etibarnamə əsasında X6 pul verərək əldə etmişdir. Etibarnamə ona 48 il 1 ay müddətində verilmişdir. Etibarnamə ona xx.xx.2012-ci il tarixdə verilişdir. Göründüyü kimi avtomobil sahibinin əmlakının üzərinə həbs qoyulması onun hüquqlarını pozmuş olmuşdur. Proses iştirakçılarının izahatı Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, tələbkar və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPMin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər xx.xx.2012-ci il tarixli etibarnamənin sürətindən görünür ki, VAZ 21074” minik markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobil üzərində hüquqlarını X8 tərəfindən xx.xx.2060-cı il tarixədək X3 vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-200/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7510/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X7 məxsus olan “Vaz 21074” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı və “Qaz 2410” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. X4 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizənin sürətindən görünür ki, Əliyev Müdafiə ona 14000,0 manat pul ödəmiş, qalan hissəini isə yaxın zamanda ödəyəcəkdir. İcraata xitam verilməsinə etiraz etmir. Tətbiq edilən hüquq «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmənin mövqeyi Ərizəni və ona əlavə edilmiş sənədlərdən görünür ki, borcun byük hissəsi ödənilmişdir və tələbkar icraata xitam verilməsinə etiraz etməmişdir. X1 vəsatətində bildirir ki, **-VT-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı nəqliyyat vasitəsini faktiki olaraq 2012-ci ildən etibarən idarə edir və ona aidiyyətini təsdiq edən etibarnamə əsasında həmin avtomobilə sərəncam verir. Ərizəçi avtomobili əldə edərkən müvafiq ödəniş etdiyini, uzun müddətdir bu nəqliyyat vasitəsi ilə əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd edir. Məhkəmə vəsatəti araşdırarkən, 8(003)-200/2023 saylı məhkəmə qərardadına əsasən, nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduğunu müəyyən etmişdir. Bununla yanaşı, cavabdeh borcun tam ödənilmədiyi məlum olmuşdur. Qəbzlərdən göründüyü kimi, cəmi X4 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizənin sürətindən də görünür ki, Əliyev Müdafiə ona 14000,0 manat pul ödəmişvə tələbkar icraata xitam verilməsinə etiraz etmir. Belə olan halda, borclunun əmlakı üzərində qoyulmuş həbsin götürülməsi qanunauyğun hesab olunur. Məhkəmə, qeyd edilənləri, avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-200/2023 saylı qərardadı ləğv edilməli, borclu X2 istifadəsində «VAZ 21074» minik markalı **-BV-*** qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 162, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-200/2023 saylı qərardadı ləğv edilsin. X2 istifadəsində «VAZ 21074» minik markalı **-BV-*** qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-341/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-341/2025
03.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver