Məhkəmə qərarları › İş №8(003)-342/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-342/2022

24.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-342/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz E220 CDİ” minik markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 11924,88 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "AZER FOOD” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus “Mercedes Benz E220 CDİ” minik markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tələbkar "AZER FOOD” MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iştirakı olmadan təqdimata baxılaraq təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 11924,88 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallardan görünür ki, qeyd olunan icra sənədi üzrə icraat başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada xx.xx.2022-ci il tarixdə borcluya təqdim edilmişdir. İş materiallarından görünür ki, borclunun adına “Mercedes Benz E220 CDİ” minik markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən cavabdeh Borclu tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməsi və onun nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsindən borclu tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməsi və onun nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi borclu tərəfindən mübahisələndirildiyi və bu halın isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasına əsas olan haldan ibarət olması nəzərə alınmalı və hazırki halda icra sənədinin icrasının təmin edilməsi məqsədilə borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması məqsədəmüvafiq deyil. Odur ki, məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz E220 CDİ” minik markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar