Məhkəmə qərarları › İş №8(003)-346/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-346/2025

26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(003)-346/2025 26.02.2026 BAKI ŞƏHƏRI XƏZƏR RAYON MƏHKƏMƏSI Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi, Ərizəçi Tələbkar İrsat oğlunun nümayəndəsi X1 iştirakı ilə, Tələbkar Tələbkar İrsat oğlunun borclu Borclu qarşı ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi

1. Tələbkar Tələbkar İrsat oğlu borclu Borclu qarşı ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Borclu mənə ödəməli olduğu 2500 manat pul vəsaitinin 2012-ci il tarixindən 2024-cü ilin sonunadək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən istehlak qiymətlərinin artması nəzərə alınmaqla məhkəmə qətnaməsi ilə ödənilməmiş pul məbləğinin indeksasiya edilməsi və hesablanaraq pul vəsaitinin Borclu tutulub ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli *(***)-****/**** nömrəli və ## ###### 2013-cü il tarixli *(***)-***/**** nömrəli icra sənədlərinə əsasən borclu Borclu 2.500 manat məbləğində pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq Tələbkar İrsat oğluna verilməli və kreditor “xxxx” ASC- nin xeyrinə 1877,59 manat əsas, 433,92 manat faiz borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bakı şəhər Xəzər rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı qərardadla təqdimat qismən təmin edilərək Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən 0.3169 və 04281 ha torpaq sahələrinin Bakı şəhəri Xəzər rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli 2(003) -****/**** nömrəli və ## ###### 2013-cü il tarixli *(***)-***/**** nömrəli icra sənədləri üzrə borclu Borclu mülkiyyətində olan hissəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilmişdir. Hazırda 2012-ci ildən 01 yanvar tarixindən 2024-cü ilin sonunadək ölkədə baş vermiş istehlak qiymətlərinin artması ilə əlaqədar borclu Borclu ərizəçiyə borclu olduğu 2500 manatın indeksasiya olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır.

3. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar İrsat oğlunun nümayəndəsi X1 izahatında borclu barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğunu, həmin qətnamə əsasında tərtib olunmuş icra sənədinin borcluya çatdırıldığını, lakin onun icra sənədi üzrə heç bir ödəniş həyata keçirmədiyini, bu müddət ərzində borclunun icra sənədini icra etməsi üçün məcburi icra tədbiri olaraq onun əmlakının üzərinə həbs qoyulduğunu, lakin bu tədbirlərin də heç bir nəticə vermədiyini, bu qədədr müddət ərzində ölkədə istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq bu günə qədər icra olunmamama nəticəsində daha çox zərər gördüyünü, bu səbəbdən hazırkı iş üzrə ekspert rəyində göstərilən məbləğdə pul vəsaitinin borcludan tutulmasını xahiş etdiyini bildirmişdir.

4. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Borclunun gəlməməsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə ərizəçi tərəfin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

6. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2012-ci il tarixli icra sənədindən görünür ki, 2500 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu Borclu tutularaq Tələbkar İrsat oğluna verilməlidir.

7. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2012-ci il tarixli icra sənədi üzrə tələbkar Tələbkar İrsat oğluna borclu Borclu tərəfindən bugünədək heç bir ödəniş olunmamışdır.

8. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin cavab məktubundan görünür ki, 2012-2024-cü illər aralığında olan istehlak qiymətləri indeksinə dair statistik məlumatı əks etdirən cədvəl Əliyeva Rövşanəyə təqdim olunmuşdur.

9. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspertiza rəyindən görünür ki, 2012-ci il yanvar ayından 2025-ci ilin noyabr ayınadək 2500 manat məbləğində pul vəsaitinin istehlak qiymətləri indeksi 210.9% ilə hesablanmaqla 2025-ci ilin noyabr ayı tarixinə hesablanmış cari dəyəri 5272.5 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının:

10. 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

11. 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”):

12. 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

13. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

14. Qanunvericiliyin tələbinə əsasən, məhkəmənin qəbul etdiyi aktların icrası məcburidir və onların icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu inzibati qaydada məsuliyyətə cəlb oluna bilər. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu məhkəməyə şikayət verə bilər.

15. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. (“İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh ediləsinə dair” ##.##.2017-ci il tarixli Qərarı; “İcra haqqında” AR Qanununun 1, 10, 24 və 26-cı maddələrinin şərh ediləsinə dair” ##.##.2015-ci il tarixli Qərarı və s.)

16. Habelə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, MPM-in 232-ci maddəsi ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası məhz məhkəmənin qəbul etdiyi aktların səmərəli icrasını təmin etmək məqsədi daşıyır. Bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. (“Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli Qərarı.)

17. Yuxarıda qeyd olunan normaların tələbindən və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, indeksasiyanın məqsədi qüvvədə olan məhkəmə aktının icra edilməməsi nəticəsində məhkəmə akt ilə tutulmalı olan pulun dəyərində yaranmış azalmanı ədalət mühakiməsi çərçivəsində kompensasiya etməkdir. Bu baxımdan, MPM-in 232-ci maddəsi çərçivəsində ödənilməli pul məbləğinin indeksasiya edilə bilməsi üçün qüvvədə olan bir məhkəmə aktı olmalı, həmin akt borclu tərəfindən icra edilməmiş və ya icrası gecikdirilmiş olmalı və pul alıcılıq qabiliyyətini (dəyərini) itirmiş olmalıdır (inflyasiyaya məruz qalmalıdır).

18. Məhkəmə qeyd edir ki, bu tələblərlə bağlı qanunvericilikdə hər hansı xüsusi sübutetmə qaydası müəyyən edilmədiyindən, ümumi sübutetmə qaydası tətbiq olunur. Belə ki, iş materiallarında olan sənədlərlə borclu Borclu barəsində qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktının olması və borclu tərəfindən müvafiq icra sənədinin icrası ilə bağlı hər hansı tədbirin görülməməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli məktubunda da qeyd olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2012-ci il tarixli icra sənədi üzrə tələbkar Tələbkar İrsat oğluna borclu Borclu tərəfindən bugünədək heç bir ödəniş olunmamışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi iş materialları ilə öz təsdiqini tapdığından və borclu tərəfindən tələbi təkzib edən hər hansı sübut iş materiallarına əlavə olunmadığından, pul məbləğinin indeksasiya edilməsi ilə bağlı tələb əsaslı hesab edilərək təmin edilməlidir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspertiza rəyindən görünür ki, 2012-ci ildən 2025-ci ilin noyabr ayınadək 2500 manat məbləğində pul vəsaitinin istehlak qiymətləri indeksi 210.9% ilə hesablanmaqla 2025-ci ilin noyabr ayı tarixinə hesablanmış cari dəyəri 5272.5 manatdır.

20. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2012-ci il tarixli icra sənədi üzrə ödənilməmiş 2500 AZN (iki min beş yüz manat) pul məbləği indeksasiya edilməli və ödənilməli əsas məbləğ 2500 AZN (iki min beş yüz manat), istehlak qiymətləri indeksi 2772,5 AZN (iki in yeddi yüz yetmiş iki manat əlli qəpik) olmaqla, ümumilikdə 5272.5 AZN (beş min iki yüz yetmiş iki manat əlli qəpik) pul məbləği borclu Borclu ərizəçi Tələbkar İrsat oğlunun xeyrinə tutulmalıdır.

21. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri – 50 AZN (ılli manat) borclu Borclu alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

22. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı

Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2012-ci il tarixli icra sənədi üzrə ödənilməmiş 2500 AZN (iki min beş yüz manat) pul məbləği indeksasiya edilsin və borclu Borclu ərizəçi Tələbkar İrsat oğlunun xeyrinə ödənilməli əsas məbləğ 2500 AZN (iki min beş yüz manat), istehlak qiymətləri indeksi 2772,5 AZN (iki in yeddi yüz yetmiş iki manat əlli qəpik) olmaqla, ümumilikdə 5272.5 AZN (beş min iki yüz yetmiş iki manat əlli qəpik) pul məbləği tutulsun. İş üzrə aparılmış məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri olan 50 AZN (əlli manat) borclu Borclu alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (X2, kod 210005, VÖEN 1401555071, m/h AZ41NABZ01360100000000003944, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: 1700326621, Hesab: AZ34CTRE00000000000002088501) Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar