Məhkəmə qərarları › İş №8(003)-347/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-347/2024

09.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-347/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, Borclu tərəfindən Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Borclu Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət ərizəsi ilə müraciət edərək, icra məmuru Yaqub Qafarov tərəfindən qətnamənin icrasına dair yönəlmiş hərəkətlərinin qanunsuz sayılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, X6 ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, No6-xx.xx.2014-XAT52 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X5 36 ay müddətinə, illik 22 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. X6 ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, No6-xx.xx.2014- XAT52 saylı kredit müqaviləsi üzrə kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə "xxxx" ASC ilə onun arasında xx.xx.2014-cü il tarixli, 6-xx.xx.2014-ХАТ52 saylı Zaminlik Müqaviləsi bağlanılmışdır. Belə ki, xx.xx.2014-cü il tarixli, 6-xx.xx.2014-XAT52 saylı Zaminlik Müqaviləsinə əsasən X3 həmin kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı barədə öhdəlik götürmüşdür. Lakin, X6 xx.xx.2014-cü il tarixli, No6-xx.xx.2014-XAT52 saylı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə X3 "xxxx" ASC-yə 7730,39 manat əsas, 580,27 manat faiz və 773 manat cərimə faizi olmaqla, cəmi 9083,66 manat məbləğində borcu olmuşdur. Buna görə də, "xxxx" ASC X5 və ona qarşı kredit borclarının ödənilməsinə dair məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(009)-4387/2016 saylı məhkəmə əmri ilə 22 iyul 1960-ci il tarixdə Masallı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1 və xx xxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu Mürüvət oğlundan müştərək olaraq ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə 7730,39 manat əsas borc, 580,27 manat faiz borcu, 773 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 30 manat məbləğində pulun tutulması əmr edilmişdir. Daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(009)-4387/2016 saylı məhkəmə əmri icraya yönəldilmiş və icra məmuru tərəfindən müvafiq icra hərəkətlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, icra sənədinin ona aid olunan hissədə qeyd olunanların icrası məqsədi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(009)-4387/2016 saylı məhkəmə əmrinə əsasən X6 ilə müştərək qaydada ödəməli olduğu 9083.66 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun 4791,83 manat olan hissəsini ödəmişdir. Beləliklə də, müvafiq məhkəmə əmri ilə müəyyən olunan pul vəsaitinin müştərək qaydada ödənilməli olan hissəsini ödəməyi ilə həmin məhkəmə əmrində qeyd olunanları icra etmişdir. Lakin, borclu X6 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-4387/2016 saylı məhkəmə əmrində və icra sənədində qeyd olunanları icra etməmiş, nəticədə tələbkar "xxxx" ASC-yə 4291.83 manat məbləğində borcu qalmışdır. Belə olduqda, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4, borclu X3 müvafiq icra sənədi üzrə ödəməli olduğu 4291.83 manat məbləğində borcunun tələbkar "xxxx" ASC-yə ödəyə bilməyəcəyini əsas gətirərək bu pul vəsaitinin onun tərəfindən ödənilməsini və borcun ödənilməsi məqsədi ilə onun əmək haqqından tutacaqlarını bildirmişdir. Hətta bununla bağlı Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti" Trestinə məktub göndərilərək Borclu Mürüvət oğlunun əmək haqqından cəmi 4291.83 manat məbləğində pul tutulub qurtarana qədər hər ay 5070 tutaraq "xxxx" ASC-nin hesabına ödənilməsi üçün baş mühasibə göstəriş verilməsi xahiş edilmişdir və həmin məktubun surəti ona və "xxxx" ASC-yə göndərilmişdir. Belə olduğu halda, o, mövcud məsələ ilə əlaqədar dəfələrlə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə müraciət etmiş, hətta xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə teleqram göndərmişdir. Lakin, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən müvafiq məsələyə düzgün hüquqi qiymət veriləcəyini ümid edərək Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ünvanlandırdığı müraciətlər, təəssüflər olsun ki, nəzərə alınmamış və Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 29 avqust 2024-cü il tarixində saat 10:27 radələrində Elektron İcra Sistemi vasitəsi ilə SMS bildirişi göndərərək Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə gəlməyini bildirmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(009)-4387/2016 saylı məhkəmə əmri üzrə ödəməli olduğu pul vəsaitini ödəmişdir. Hazırda müvafiq məhkəmə əmri üzrə onun tələbkar qarşısında heç bir icra edilməmiş öhdəliyinin qalmamasına baxmayaraq, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən borclu X2 müvafiq məhkəmə əmri və icra sənədi üzrə olan 4291.83 manat məbləğində borcunu ödəyə bilmək iqtidarına malik olmamasını əsas gətirərək həmin pul vəsaitinin onun tərəfindən ödənilməsini tələb etməklə icra məmuru onun hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd etmək zəruridir ki, icra məmuru, borclu X3 müvafiq icra sənədi üzrə 4291.83 manat məbləğində olan borcunun onun tərəfindən ödənilməsini tələb etməsi nəticəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin. xx.xx.2016-ci il tarixli, 2(009)- 4387/2016 saylı məhkəmə əmri düzgün şəkildə icra edilməmiş olacaqdır. Belə ki, həmin məhkəmə əmrinə əsasən 9083.66 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumun ondan və borclu X1 müştərək qaydada tələbkara ödənilməsi əmr edilmişdir. Onu da vurğulamaq lazımdır ki, icra məmuru tərəfindən borclu X3 maddi cəhətdən çətinliklərlə üzləşdiyini və həmin pul vəsaitini ödəyə bilməyəcəyini müəyyən etdiyi zaman icra sənədi üzrə tutulmalı olan məbləği, eyni zamanda tələbkarın mənafeyini nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat ilə məhkəməyə müraciət edə bilərdi. Belə ki, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.1-ci bəndindən müəyyən olunduğu kimi məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İşin faktiki hallarından da göründüyü kimi icra məmuru Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(009)-4387/2016 saylı məhkəmə əmri və icra sənədi üzrə borclu X6 icra sənədində qeyd olunmuş 4291.83 manat məbləğində olan borcunu qaytara bilmədiyini müəyyən etdikdə bununla əlaqədar hər hansı addımlar atılmamış və birbaşa olaraq ondan həmin pul vəsaitini ödəməyini tələb etmişdir. Bu isə onu göstərir ki, icra məmuru müvafiq məsələyə düzgün hüquqi qiymət verməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(009)- 4387/2016 saylı məhkəmə əmrinin icrası ilə bağlı bütün icra tədbirlərini həyata keçirməmişdir. Hazırda mövcud məsələ ilə bağlı icra məmuruna ünvanladığı müraciətlərə əhəmiyyət verilməməsi nəticəsində icra məmurunun həmin icra işi üzrə həyata keçirdiyi icra hərəkətləri səbəbindən pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi Borclu ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(003)-4387/2016 nömrəli, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətlərindən verilmiş şikayət üzrə 8(003)-347/2024 saylı məhkəmə işi İcraatdadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(003)-4387/2016 nömrəli, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətlərindən vermiş olduğu şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etdikdən sonra Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində 12150/12Q nömrəli məktub ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti" Trestinə müraciət edilmişdir. Həmin müraciət məktubunda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(003)- 4387/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi Borclu əmək haqqından hər ay 5076 manatın tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməsi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Nefiqaztikinti" Trestinə göndərildiyi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(003)- 4387/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətlərindən şikayət verildiyi və bununla əlaqədar icra işinin dayandırılması ilə bağlı təqdimatla Xəzər Rayon Məhkəməsinə müraciət edildiyi bildirilərək iş məhkəmədə baxılıb qurtaranadək Borclu əmək haqqından tutulmanı dayandırıb icra sənədlərinin Xəzər rayon icra şöbəsinə geri qaytarılması xahiş edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti" Trestinə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli, 12150/12Q nömrəli məktubu, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən borclu X3 müvafiq icra sənədi üzrə ödəməli olduğu 4291.83 manat məbləğində borcunun tələbkar "xxxx" ASC-yə ödəyə bilməməsini əsas gətirərək 4297.83 manat məbləğində pul vəsaitinin əssasız olaraq onun əmək haqqından tutulması barədə göstəriş verdiyinin açıq şəkildə sübutudur. Qeyd olunanlara əsaslanaraq ərizənin iş materiallarına əlavə edilməsini və müvafiq iş ilə əlaqədar hüquqi qiymət verərkən bu xüsusatları nəzərə almağı xahiş edir. Şikayətə baxılması ilə əlaqədar təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar "xxxx" ASC-nin nümayəndəsi, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi və ərizəçi (borclu) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4387/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, X1 və Borclu müştərək olaraq "xxxx" ASCnin xeyrinə 7730,39 manat əsas borc, 580,27 manat faiz borcu, 773 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulması əmr edilmişdir. - Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4387/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borc hazırda 4291,83 manat təşkil edir. Borclu əmək haqqından cəmi 4291,83 manat məbləğində pulun tutularaq qurtarana qədər hər ay 50 faiz tutaraq "xxxx" ASC-nin hesabına ödənilməsi üçün baş mühasibə göstəriş verilməsi təklif edilmişdir. - “SOCAR”-ın “Neftqaztikinti” trestinin xx.xx.2024-cü il tarixli əmək haqqından tutulmalar haqqında arayışının surətindən görünür ki, Borclu əmək haqqından 2023-cü ilin iyul ayından 2024-cü ilin yanvar ayınadək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-4387/2016 saylı icra vərəqəsinə əsasən cəmi 4291,83 manat məbləğində pul tutulmuşdur. İcra haqqında Qanuna əsasən vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir (Maddə 63). Həmin Qanunun 65.1-65.2-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsası kimi müəyyən olunmuşdur. İcra işi tədqiq edilən zaman “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində göstərilən şərtlərə tam olaraq əməl edildiyi müəyyən oluduğundan məhkəmə hesab edir ki, icra məmuru tərəfindən qanunsuz hər hansı bir hərəkət və ya hərəkətsizlik müəyyən edilməmiş və bu səbəbdən də şikayət əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu tərəfindən Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun məcburi icra hərəkətlərinin qanunsuz hesab edilərək dayandırılmasına dair şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar