Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-355/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-4387/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-4387/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Borclu 9.083,66 manat borc və 30 manat dövlət rüsumu pul vəsaiti tutularaq, tələbkar "xxxx" ASC-nin xeyrinə ödənməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti, bildirişlə ona borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün 10 gün müddət təklif edilmişdir. Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədi borclunun əmək haqqısından tutulmsı üçün onun iş yerinə göndərilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə Xəzər rayon məhkəməsinə icra məmurunun hərəkətlərindən şikayət vermişdir. Məhkəmə iclasında iştirak etmiş icra məmuru Yaqub Qafarov məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Borclu şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş icra məmuru təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin olunmasını xahiş etdi. İş materiallarına əlavə olunan Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)- 4387/2016 saylı,xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X1 və Borclu birgə qaydada 7.730,39 manat məbləğində əsas borc, 580,27 manat məbləğində faiz borcu, 773 manat cərimə borcu olmaqla cəmi 9.083,66 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. İş materiallarına əlavə olunan Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Qulam İsmayılzadənin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Bakı Şəhəri Səbail rayon məhkəməsinin 2(009)-4387/2016 saylı,xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən icraata başlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Yaqub Qafarovun xx.xx.2024-cü il tarixli icraatın dayandırılması haqqında təqdimatı yəmin edilməlidir. “İcra haqqında“ Azərbaycan Respublikasının 21-ci maddəsinə əsasən, bu qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. “İcra haqqında“ Azərbaycan Respublikasının qanununun 18-ci maddəsinə əsasən icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə icraat dayandırıla bilər. Məhkəmədə müəyyən olundu ki, cavabdeh Borclu zamin kimi müştərək qaydada olan borcun öz payına düşən hissəsini ödəmişdir. İcra məmuru tərəfindən borcun qalan hissəsinin əməkhaqqısından tutulması əsassızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli qərarla başlanmış icraat dayandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında“ Azərbaycan Respublikasının qanununun 21,18-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-4387/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icraatı dayandırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-355/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-355/2024
14.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver