Məhkəmə qərarları › İş №8(003)-356/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-356/2022

01.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-356/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2019 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2019 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 2200 ABŞ dolları borc və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Hazırda Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev qeyd olunan icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2019 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 2200 ABŞ dolları borc və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci ildə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında çıxış edən Borclu izahatında bildirmişdir ki, o, həmişə icra məmurunun çağırışlarına gəlmiş, heç vaxt çağırışlardan yayınmamışdır. Qeyd olunanlara əsasən, təqdimatın əsassız hesab olunaraq rədd edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunu dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunvericiliyin qeyd olunan tələbindən görünür ki, məcburi gətirilmə tədbiri borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda tətbiq olunur. Hazırki işin məhkəmə iclasında araşdırılan hallarındansa görünür ki, borclu məhkəmə iclasına gəlmiş və icra məmurunun çağırışlarından yayınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2019 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2019 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Xəzər rayon İcra Elvin Fərzəliyevin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar