Məhkəmə qərarları › İş №8(003)-356/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-356/2024

22.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-356/2024 22.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sair oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-16(003)-189/2024 saylı xx.xx.2024-cü il tarixli aktına əsasən X1 xx.xx.2023-cü il təvəllülü X3 ilə mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin şənbə günü saat 12:00-dan saat 16:00-dək sərbəst şəkildə ünsiyyətdə olması haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e- 16(003)-189/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X2 xx.xx.2023-cü il təvəllüdlü X3 ilə mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin şənbə günü saat 16:00-dək sərbəst şəkildə ünsiyyətdə olması müəyyən edilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icra məmurunun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. İcra haqqında qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icraata xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Borclu tərəfindən icra təmin olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdimat rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədirlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar