Məhkəmə qərarları › İş №8(003)-357/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-357/2024

10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-357/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-936/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən təqdimatla məhkəməyə müraciət edilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-936/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan "Mercedes 190" minik markalı, **- SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-936/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli icra sənədinə əsasən ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə borclular Borclu və X1 3634,07 manat əsas borcu, 25,61 manat faiz borcu, 56,60 manat dövlət rüsumu olmaqla, cəmi 3716,28 manat məbləğində vəsait tutulmalıdır. İcra sənədi 01 aprel 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus "Mercedes 190" minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi üzrə Borclu məxsus "Mercedes 190" minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata təqdim edilmiş materiallar əsasında tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş icra işindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-936/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli icra sənədinə əsasən ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə cavabdehlər Borclu və X1 3634,07 manat əsas borcu, 25,61 manat faiz borcu, 56,60 manat dövlət rüsumu olmaqla, cəmi 3716,28 manat məbləğində vəsait tutulmalıdır. Qeyd olunan icra vərəqəsi 01 aprel 2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə daxil olmuşdur. Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin 01 aprel 2024-cü il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar rəsmi qaydada tərəflərə göndərilmişdir. Həmçinin tələbin könüllü icrası haqqında bildiriş və ona əlavə olunmuş 01 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərar 26 aprel 2024-cü il tarixdə Borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarından həmçinin görünür ki, borclunun bank hesabının vəziyyətinin yoxlanılması məqsədi ilə verilmiş sorğuya əsasən Borclu məxsus "Mercedes 190" minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibətdə qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olubolmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunubolunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən isə, “borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur”. Bununla belə nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45-ci maddəsində isə tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmiş, icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldildiyi (45.2-ci maddə), tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldildiyi (45.6-cı maddə) nəzərdə tutulmuşdur. İşin faktiki hallarından göründüyü kimi avtomobilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, həmin bildiriş 26 aprel 2024-cü il tarixdə Borclu tərəfindən qəbul edilmiş, lakin tələb icra olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-936/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus "Mercedes 190" minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 231, 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-936/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus "Mercedes 190" minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Borclu məxsus sedan tipli, "Mercedes 190" minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar