Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-361/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, X1 və onun vəkili Vəkil, Tələbkar X7 Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, X1 Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Aqil Nəcəfovun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş “aliment borcunun hesablanması haqqında” 12.0*.2022-ci il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin halları X2 şikayət ilə məhkəməyə müraciət edərək, icra məmuru Aqil Nəcəfovun 12 may 2022ci il tarixli aliment borcunu hesablanması haqqında qərarının ləğv edərək aliment borcunun silinərək icra işinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X16 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2010-cu ildə X17 və xx.xx.2013-cü ildə X20 adlı uşaqları anadan olmuşdur. 2013-cü ildə bir müddət ailədaxili münasibətləri gərgin olduğundan, Talıbova İlahə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq X7 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan 3-4 ay sonra ailəm yenidən bərpa olunmuş və Talıbova İlahə uşaqlarla onun evimə qayıtmışdır. xx.xx.2022-ci il tarixədək birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, G.Həsənov küçəsi, 1* saylı evdə ümumi təsərüfat aparmaqla birgə yaşamışdırlar. Uşaqları məktəbə, gimnastikaya aparıb-gətirmişdir. Heç bir mübahisələri və dava-dalaşları olmamışdır. Talıbova İlahə işləmədiyindən ailənin bütün bütün xərcləri onun üzərində olmuşdur. xx.xx.2022-ci il tarixədən sonra ailələrində yaranan söz-söhbətə görə Talıbova İlahə uşaqlar ilə birgə evdən çıxıb getmişdir. Bir müddət sonra ona Xəzər rayon İcra Şöbəsindən gələn bildirişdən məlum olmuşdur ki, ona güya qətnaməyə əsasən 20000 manat aliment borcu vardır. Hesab edir ki, həmin aliment borcu qanunsuz hesablanmışdır. Belə ki, həmin müddət ərzində o, İlahə Talıbova ilə birlikdə yaşamaqla birgə təsərrüfat aparmışdırlar. İlahə Talıbova həmin vaxtadək alimentlə bağlı icra şöbəsinə müraciət etməməsi buna sübutdur. Aliment borcunun silinməsi ilə əlaqədar olaraq iddia ərizə ilə tərəfindən məhkəməyə müraciət olunmuş, Ali Məhkəmənin 2(102)-2366/2024 nömrəli qərarında göstərilmişdir ki, bu qəbildən olan mübahisələrə mülki işin davamı kimi baxılmalıdır. Çünki, nə qədər ki, irəli sürülən tələb alimentin ödənilməsindən azad etmə ilə bağlıdır, bu məsələyə məhz icra icraatını müəyyən edən normalar daxilində qiymət verilməlidir. Bu kateqoriyadan olan məsələlərə mülki işin davamı kimi baxılması, irəli sürülmüş hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir. Həmin qərarda göstərilmişdir ki, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni dəqiq müəyyən etməməklə məhdudlaşdırmamış, baş verməsi mümkün ola biləcək “digər hallar”ın da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını nəzərə almış və özündə ehtiva etmişdir. Beləliklə, hazırkı məsələ üzrə icra icraatı qaydasında araşdırma aparılarkən xx.xx.2013-cü il tarixdən sonra keçən müddət ərzində cavabdehin məhkəmə qətnaməsi ilə iddiaçıdan onun xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsini hansı səbəbdən tələb etmədiyi, hazırki iddiaçı barəsində keçən müddətdə yaranmış borcunun ödənilməsi ilə bağlı hansı icra tədbirlərinin həyata keçirildiyi öyrənilməli, icra işinin icra vəziyyəti nəzərə alınmalıdır. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və aliment üzrə borcun yaranıb-yaranmadığına toplanmış sübutlara uyğun şəkildə hüquqi qiymət verilməlidir. Alimentin tutulması barədə xx.xx.2013-cü il tarixli qətnamənin qəbul olunmasından sonra xx.xx.2022-ci il tarixədək olan müddətdə ailəsi ilə birlikdə yaşayaraq ümumi təsərrüfatı aparmaqla övladları və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. İcra şöbəsinə rəsmi qaydada müraciət olunmuş, lakin bugünədək cavab verilməmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, tələbkar ilə 2013-cü ilin yanvar ayından münasibətləri pozulmuş, 2013-cü ilin mart ayında ondan aliment tutulması barədə qətnamə qəbul edilmişdir. O bir müddət aliment ödədikdən sonra 2013-cü ilin ilin iyun ayından İlahə ilə münasibətləri yaxşılaşmış və ailələrini bərpa edərək, birlikdə yaşamağa başlamışdırlar. Əlavə olaraq bildirdi ki, o işlədiyi qrumla əlaqədar 3 ay Koreya Respublikasında olmuşdur. Həmin dövrdə uşaqların məktəbə aparılıb gətirilməsi üçün sürücüdə tutmuşdur. Lakin icra məmuru onların ailə münasibətlərinin bərpa edilməsini nəzərə almadan, düzgün olmayan nəticəyə gəlməklə, 20000 manat aliment hesablamışdır. Məhkəmə iclasında iştirak edən tələbkar X16 şikayəti qəbul etməyərək, izahatında göstərdi ki, borclu ilə 2013-cü ilin yanvar ayından münasibətləri pozulmuş və ayrılmışdırlar. Lakin 2013-cü ilin yay aylarında birlikdə yaşamağa başlamışdırlar. Lakin o, əri ilə birlikdə qalsada tez-tez ata evinə gedib gəlmişdir. Həmçinin Tural 1 il Koreya Respublikasına getmişdir. Həmin dövrdə uşaqalarına baxmamışdır. Bundan başqa Tural birlikdə yaşadıqları vaxtda uşaqlara normal baxmayıb. Onun düzələcəyinə inanmış, lakin onun xasiyyətində düzəlmə olmadığından ayrılmışdır. Birlikdə yaşadıqları müddətdə Mərdəkan qəsəbəsində yaşamışlar və uşaqları həmin qəsəbədə məktəbə getmişdir. Hazırda şikayəti qəbul etmir və şikayətin təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X8 bildirdi ki, icra məmuru Aqil Nəcəfovun xidməti yeri dəyişməsi səbəbindən icra sənədi onun icraatına verilmişdir. İcra sənədi onun icra sənədi onun icraatına daxil olduqdan sonra borclu müəyyən qədər ödənişlər etmişdir. Bu onu deməyə əsas verir ki, borclu artıq onun sözügedən icra sənədi üzrə aliment borcunun olmasını qəbul edir. Hazırda şikayəti qəbul etmir və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X26 ifadəsində göstərmişdir ki, Tural Talıbov onun əmisi oğludur və onlara gündəlik baş çəkməsə də, 2018- 2019-cu illərdə onların ailəsində sürücü kimi fəaliyyət göstərdiyi vaxtlarda tez-tez gedib-gəlmişdir. Ona görə də, Turalın ailəsini mehriban ailə kimi tanımışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X10 ifadəsində göstərmişdir ki, Tural ilə dostluq münasibətləri vardır. Onun uşağı ilə Turalın uşaqları ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən 183 saylı məktəbdə oxumuşdur. Turalın ailəsi ilə mehriban olmasını bilmişdir. Keçən ilə kimi uşaqların həmin məktəbdə oxumasını eşitmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X13 ifadəsində göstərmişdir ki, Tural ilə qonşuluqda yaşayır. Turalın uşaqlarını 2 dəfə öz avtomobili ilə aparmış və həmin zaman həmin qadını evdə görmüşdür. Şikayətə etirazın dəlilləri Şikayətə qarşı yazılı etirazla müraciət edilməmişdir. İş materiallarına əlavə olunmuş sənədlər - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 93 manat, cəmi 186 manat, həmçinin uşaqların 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə *0 manat sabit pul məbləğində alimentin X4 alınaraq X11 verilməsi qət edilmişdir. - xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqinə əsasən X9 və X14 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 93 manat, cəmi 186 manat alimentin tutularaq X11 ödənilməsi, həmçinin uşaqlar 3 yaşına çatanadək X4 hər ay *0 manat alimentin tutulması qət edilmişdir. - Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin aliment borcunun hesablanması haqqında qərarından görünür ki, X6 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən qalıq aliment borcu 12.0*.2022-ci il tarixə 20.000 manat təşkil edir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(008)-4290/2022 nömrəli iş üzrə il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilmişdir və iddiaçının, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 №-li qətnaməsinə əsasən ondan tələb olunan 20.000 (iyirmi min) manat məbləğində aliment borcunu cavabdehin xeyrinə ödəməkdən azad edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3422/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilmişdir, hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 noyabr 2022-ci il tarixli qətnamə ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə,iddiaçının cavabdehə qarşı "aliment borcunun ödənilməsindən azad edilmə tələbi barədə” iddiası təmin edilməməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1**/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “01” “avqust” "2023”-cü il tarixli 2(103)-3422/2023 saylı qətnaməsinin ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2420/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2*.06.2024-cü il tarixli, 2(102)-2366/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2420/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirli Bakı şəhəri üzrə Təhsil İdarəsi 183 nömrəli tam orta məktəb tərəfindən verilmiş 1*.04.2022-ci il tarixli, 14* saylı arayışın surətindən görünür ki, X24 həqiqətən Xəzər rayonu, Mərdəkan qəsəbəsi 183 nömrəli tam orta məktəbin İV (dördüncü) sinifdə oxuyur. - Azərbaycan Respublikası Təhsil Nazirli Bakı şəhəri üzrə Təhsil İdarəsi 183 nömrəli tam orta məktəb tərəfindən verilmiş 1*.04.2022-ci il tarixli, 146 saylı arayışın surətindən görünür ki, X24 həqiqətən Xəzər rayonu, Mərdəkan qəsəbəsi 183 nömrəli tam orta məktəbin İV (dördüncü) sinifdə oxuyur. - Azərbaycan Respublikası Təhsil Nazirli Bakı şəhəri üzrə Təhsil İdarəsi 183 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 37* saylı arayışın surətindən görünür ki, X18 həqiqətən Xəzər rayonu, Mərdəkan qəsəbəsi 183 nömrəli tam orta məktəbə 2016-cı ildə ı sinifə qəbul olunmuş, 2023-cü ilədək Vİİİ (səkkinci) sinifədək oxumuşdur. - xx.xx.2022-ci il tarixdə X19, X21, X* və X22 aktdan görünür ki, X16 və uşaqları X18, X24 və həyat yoldaşı X12 ilə 2013-cü ilin yay aylarından 2022-ci ilin mart ayının 19-na qədər Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Gülağa Həsənov küçəsi, 1* a ünvanında birgə yaşamışlar. xx.xx.2022-ci ildə uşaqları ilə birgə X18 və X2*, həmin evi tərk etmişdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 129. məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu -Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun *-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 107.2. məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 107.2. məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 23.1.1 tələbkar icra sənədinin qaytarılması barədə ərizə verdikdə icra sənədi icra edilmədən icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Maddə 32. fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Maddə 26. icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 70.1. borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Maddə 8*.1. icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Konstitusiya Məhkəməsi Plenumunun "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarı: -İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 1*.2. məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 1*.3. məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1 işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Belə ki, Aqil Nəcəfovun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş “aliment borcunun hesablanması haqqında” 12.0*.2022-ci il tarixli qərarı qanuni və əsaslı deyildir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Aqil Nəcəfovun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş “aliment borcunun hesablanması haqqında” 12.0*.2022-ci il tarixli qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X4 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 186 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X7 xeyrinə tutulmalıdır. Mövcud aliment borcu ilə bağlı tərəflər arasında fikir ayrılığı yaranmış, yani iş üzrə tələbkar İlahə Talıbova iddia edir ki, Tural Talıbovun 2022-ci il aprel ayına aliment borcu 20000 min manat təşkil edir, borclu isə onlar birgə yaşadıqları üçün onun aliment üzrə borcunun olmadığım iddia edir. Bu səbəbdən İlahə Talıbovanın icraat zamanı Xəzər Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsi, həmçinin Tural Talıbov tərəfindən aliment borcunun ödənilməsi ilə bağlı qəbzlərin və yaxud aliment borcunun olmaması ilə bağlı tələbkarın ərizəsinin mövcud olmadığını nəzərə alaraq aliment üzrə qalıq borc 20000 manat müəyyən edilməlidir. Şikayətlə bağlı icra sənədi üzrə icra işi məhkəmənin sorğusu əsasında Xəzər rayon icra şöbəsində alınaraq, icra işi nəzərdən keçirilmişdir. Məhkəmə iclasında tələbkarın, borclunun, icra məmurunun izahatları və şahidlərin ifadələri dinlənilmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1110/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahının pozulması və uşaqlara görə cavabdehdən alimentin tutulması qət edilsə də, 2013-cü ilin iyun ayından 2022ci ilin mart ayının 19-dək tərəflər uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi G.Həsənov küçəsi 1* saylı evdə ümumi təsərrüfat aparmaqla, bir evdə ailə şəklində yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Həmin müddət ərzində tərəflərin ərarvadlıq münasibətlərindən anadan olan X18 və X14 Xəzər rayonu, Mərdəkan qəsəbəsi 183 nömrəli tam orta məktəbində təhsil almaları, tələbkarın həmin müddətlərdə alimentin borclu tərəfindən ödənilməməsi barədə Xəzər rayon icra şöbəsinə heç bir müraciətinin olmaması müəyyən edilmişdir. Hazırda şikayətin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 2013-cü ilin iyun ayından 2022-ci ilin mart ayının 19-dək ailə münasibətlərini bərpa edərək, uşaqları ilə birlikdə Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən mənzildə birlikdə yaşamışdırlar. Göründüyü kimi, 2013-cü ilin iyun ayından 2022-ci ilin mart ayının 19-dək borclu Tural Talıbov tələbkar İlahə Talıbova ilə birlikdə yaşadıqları müddətdə uşaqları qarşısında valideynlik borcunun yerinə yetirilməsi üçün mümkün zəruri tədbirləri görmüşdür. Məhkəmə iclasında dindirilmiş şahidlər ifadələrində tərəflərin barışaraq, ailə münasibətlərini bərpa etmələrini, birlikdə yaşadıqları müddətdə ailənin mehriban münasibətləri olması, sonradan hansı səbəblərdən münasibətlərinin pozulmasını bildirmişdirlər. Məhkəmə şahid ifadələrini sübut növü kimi qəbul etmişdir. Məhkəmə qeyd edir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Həmin hallar məhkəmə araşdırması zamanı xüsusi ilə nəzərə alınmış və tələbkarın borclu ilə ailə münasibətlərini bərpa edib, birlikdə yaşadıqları müddət ərzində borclunun uşaqların maddi və mənəvi ehtiyaclarını qarşılamaması ilə bağlı hər hansı bir neqativ fikir bildirməmişdir. Məhkəmə hesab edir ki, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə nəzərə almış və özündə ehtiva etmişdir. Tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi və bunun nəticəsində də, icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalıdır. Məhkəmə məhz göstərilən aspektdən çıxış edərək, iş üzrə tərəflərin izahatlarına, şahidlərin ifadələrinə ayrı-ayrılıqda hüquqi qiymət verilmiş və belə qənaətə gəlmişdir ki, icra məmuru tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X4 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 186 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X7 xeyrinə tutulması zamanı tərəflərin 2013-cü ilin iyun ayından 2022-ci ilin mart ayının 19-dək ailə münasibətlərini bərpa edərək birlikdə yaşamaları, həmin müddət ərzində borclunun uşaqların maddi və mənəvi ehtiyaclarını qarşılamasında bilavasitə iştirak etməsi, eyni zamanda tələbkarın sözügedən müddətdə alimentlə bağlı müraciətlərinin olmamasını, alimentin icrası tələb edilən zaman tələbkarın fikrinin öyrənilməməsi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Aqil Nəcəfovun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş “aliment borcunun hesablanması haqqında” 12.0*.2022-ci il tarixli qərarı ləğv edillməli, qərarın əsaslandırıcı hissəsində göstərilən hallar tərəflərin 2013-cü ilin iyun ayından 2022-ci ilin mart ayının 19-dək birlikdə yaşamaqla təsərrüfat aparmaları nəzərə alınmaqla aliment borcu yenidən hesablanmalıdır. Məhkəmə şikayətin “aliment borcunun silinərək icra işinə xitam verilməsinə dair” hissəsinə qiymət verərək, hesab edir ki, şikayət bu hissədə əsaslı deyildir. Belə ki, aliment borcunun silinərək icra işinə xitam verilməsi icra məmurunun səlahiyyətlərinə aid məsələdir. Eyni zamanda hazır ki iş üzrə müəyyən olunur ki, tərəflər artıq birlikdə təsərrüfat aparmamqla birgə yaşamırlar. Bu səbəbdən də, ərizə həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Aqil Nəcəfovun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş “aliment borcunun hesablanması haqqında” 12.0*.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərarın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2023 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə alimenti borcu yenidən hesablansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə)Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-361/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-361/2024
06.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver