Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-365/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmurunun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasov – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər rayon İcra şöbəsinin icraatında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-2684/2022 saylı icra sənədinə əsasən Borclu cəmi 5000 manat məbləğində borc və 70 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Xəzər rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti borcluya göndərilmiş, tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində tələb könüllü icra edilmədiyindən aidiyyatı təşkilatlara əmlak vəziyyətinin yoxlanılması üçün sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi və işdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : -Yevlax Rayon Məhkəməsinin 2(039)-2684/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu cəmi 5000 manat məbləğində borc və 70 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. -Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-2684/2022 saylı icra sənədi üzrə icra icraatına başlanılaraq Borclu icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. -Xəzər rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş bildirişdən aydın olur ki, Borclu tələbin könüllü icrası təklif olunmuş və könüllü icra etməyəcəyi təqdirdə məcburi qaydada icra hərəkətlərinin həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. Bildiriş və qərar borclu tərəfindən xx.xx.2024-cü il tarixdə şəxsən imza edilməklə alınmışdır. -Borclu tərəfindən icra şöbəsinə verilmiş izahatlardan məlum olur ki, o, borcundan xəbərdardır və maddi vəziyyətinə görə ödəyə bilməmişdir. Təqdimata əlavə olunan sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru xx.xx.2022-ci il tarixli 2(039)-2684/2022 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərmişdir. Lakin, Borclu icra sənədini könüllü icra etməmiş, onu icra etməkdən üzrsüz səbəbdən yayınmışdır. Bu günə kimi onun tərəfindən icra sənədi üzrsüz səbəbdən tam olaraq icra edilməmişdir. Borclu bütün xəbərdarlıqlara baxmayaraq icra sənədini icra etməkdən qəsdən boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarından məlum olur ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Eyni zamanda mülkiyyət hüquqi ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini könüllü icra etməməsi müəyyən olunduğundan məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını mümkün hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-365/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-365/2024
29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver