Məhkəmə qərarları › İş №8(003)-365/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-365/2025

05.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-365/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru Pərvin Mehraliyevin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Pərvin Mehraliy Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3104/2014 nömrəli,xx.xx.2014-cü il tarixli icra vərəqinə əsasən Borclu Əsəsdulla oğlundan 4255 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu "Beynəlxalq Sığorta” Açıq Sehmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2014-cü il terixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra senedi üzrə Borclu Əsəsdulla oğlunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsile sorğular edilmişdir. İcra sənədinin rcrasını təmin etmək məqsədilə tərəfimizdən edilmış sorğuya əsasən məlum olmuşdur kı, Borclu Əsəsdülla oğluna məxsus olan "Mercedes 230" mınik markalı, **-XO-*** dövlət qeydiyyat nışanlı avtomobili mülkiyyətindədir. Həmçının tərəfimizdən 13.03 2015-ci i tanxdə Xəzər rayon Məhkəməsinə Borclu Əsəsdulla oğluna məxsus olan "Mercedes 230” mınik markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərinə həbs qoyulmasına dair təqdimat verilmiş və Xəzər rayon Məhkəməsinin 8(003)- 261/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardad ilə avtomobil üzənnə həbs qoyulmuşdr. Belə ki,13 10 2025-ci il tarixdə tərəfimizdən Azərbaycan Respublikası İqtisadıyyat Nazirlryi yanında Dövlət Vergi Xidmətinə verilmiş sorğuya əsasən dövlət reyestrində "Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2002-ci ıl tarixdə 46 nömrə ilə dövlət qeydiyyatından keçməsi və səhmdarlarının ümumi yığıncağının qərarına əsasən xx.xx.2020-cı il tarıxdə hüquqi vansli digər şəxsə keçmədən ləğv olunaraq dövlət reyestrindən çıxarıldığından iş üzrə icraata xx.xx.2025-ci il tarixdə xitam verilmiışdır. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu Əsəsdulla oğluna məxsus olan "Mercedes 230" minik markalı, 10-X0-644 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsın götürülməsinə dair qərardad verilməsı xahiş olunur. Proses iştirakçılarının izahatı Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, tələbkar və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPMin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3104/2014 nömrəli,xx.xx.2014-cü il tarixli icra vərəqinə əsasən Borclu Əsəsdulla oğlundan 4255 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu "Beynəlxalq Sığorta” Açıq Sehmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra senedi üzrə Borclu Əsəsdulla oğlunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-261/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardad ilə avtomobil üzərinə həbs qoyulmuşdr. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Pərvin Mehraliyevin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3104/2014 nömrəli,xx.xx.2014-cü il tarixli icra sənədinə xitam verilmişdir. Tətbiq edilən hüquq «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmənin mövqeyi Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmə, icra sənədi üzrə borcun tam ödənildiyini, tələbkarın icra sənədinə xitam verilməsini xahiş etdiyini və icra sənədi üzrə icraata xitam verilməsini, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-261/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadı ləğv edilməli, Borclu Əsəsdulla oğluna məxsus olan "Mercedes 230" minik markalı, 10-X0-644 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-261/2015 nömrəli, xx.xx.2015-ci qərardadı ləğv edilsin. Borclu Əsəsdulla oğluna məxsus olan "Mercedes 230" minik markalı, 10-X0-644 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar