Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-372/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-204/2023-016 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus HYUNDAİ ELANTRA minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, MERCEDES 220 minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı və VAZ 21074 minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin 22(003)-204/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 02 aprel 2007-ci il tarixli, A 98/03/07 saylı kredit müqaviləsi üzrə 8860 manat əsas borc, 2.505,63 manat faiz borcu və 200 manat cərimə borcu, illik 5% hesablanmış 2.854,2 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 14.419 manat borc və 20 manat dövlət rüsumu, cəmi 14.439,83 manat pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Hazırda Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov əmlak üzərinə həbs qoyulması haqqında təqdimat ilə məhkəməyə müraciət edərək, Borclu məxsus HYUNDAİ ELANTRA minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, MERCEDES 220 minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı və VAZ 21074 minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus HYUNDAİ ELANTRA minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, MERCEDES 220 minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı və VAZ 21074 minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, HYUNDAİ ELANTRA minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil özünün deyil, qızının adınadır. Tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2(003)-204/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, Borclu 02 aprel 2007-ci il tarixli, A 98/03/07 saylı kredit müqaviləsi üzrə 8.860 manat əsas borc, 2.505,63 manat faiz borcu və 200 manat cərimə borcu, illik 5% hesablanmış 2.854,2 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 14.419,83 manat borc və 20 manat dövlət rüsumu, cəmi 14.439,83 manat pul tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sisteminin portalından çıxarışdan görünür ki, Borclu məxsus MERCEDES 220 minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı və VAZ 21074 minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri var. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, HYUNDAİ ELANTRA minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı abtomobil X1 adınadır. Məhkəmə təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən “İcra haqqında” Qanuna görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.1-ci və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Borclu tərəfindən icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyi və bununla da icra sənədinin icrası mümkün olmadığı üçün məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-204/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus MERCEDES 220 minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı və VAZ 21074 minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Lakin HYUNDAİ ELANTRA minik markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına olduğuna görə üzərinə həbs qoyula bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-204/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus MERCEDES 220 minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı və VAZ 21074 minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-372/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-372/2024
28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver