Məhkəmə qərarları › İş №8(003)-373/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-373/2022

13.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-373/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1956/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus 1400 ABŞ dolları və 6120 manat məbləğində pulun üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 5000 manat məbləğində pul Borclu tutularaq X3,11014,0 (on bir min on dörd) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq iddiaçı X1 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli akta əsasən Borclu məxsus olan 1400 ABŞ dolları və 6120 AZN məbləğində pul aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 90.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan 1400 ABŞ dolları və 6120 AZN məbləğində pulun üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş olunmuşdur. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin və tələbkarın nümayəndəsi, o cümlədən borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1956/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 5000 manat məbləğində pul Borclu tutularaq X3 ödənilməli, 11014 ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, həmçinin 30 manay dövlət rüsumu X1 xeyrinə Borclu tutulmalıdır. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin və digər icra məmurlarının və tələbkar X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Borclu üzərində 1400 ABŞ dolları və 6120 AZN məbləğində pul aşkar edilərək götürülmüş və üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş nağd valyutanın alınması haqqında çıxarışın surətindən görünür ki, 1400 ABŞ dolları məbləğinə görə 2375,80 manat əldə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 8500 manat məbləğində pul “Məhkəmə icraçıları” adı olan AZ32CTRE******************** nömrəli hesaba köçürülmüşdür. . Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.5-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Həmin Qanunun 45.7-1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən borcludan götürülmüş xarici valyutada olan pul vəsaitlərini icra məmuru bir gün müddətində satılmaq üçün Azərbaycan Respublikasında xarici valyuta satmaq hüququ olan banka və ya digər kredit təşkilatına verir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qeyd olunan qanunun normalarından görünür ki, borcluda aşkar olunmuş pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Hazırda isə üzərinə həbsin qoyulması xahiş olunan əmlak borclunun üzərində aşkar olunaraq götürülmüş və icra şöbəsinin depozit hesabına qoyulmuş pul vəsaitindən ibarətdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki halda borculunun aşkar olaraq götürülmüş pul vəsaitinin üzərinə həbsin qoyulması barədə icra məmurunun təqdimatı qanunvericiliyin tələblərinə əsasən əsaslı olmamaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1956/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus 1400 ABŞ dolları və 6120 manat məbləğində pulun üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar