Məhkəmə qərarları › İş №8(003)-375/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-375/2024

14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-375/2024 14.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Borclu iştirakı ilə Borclu əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-96/2021 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasov Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2191/2020 saylı icra vərəqəsinə əsasən Borclu 3430 manat pul vəsaiti tutularaq X1nın xeyrinə ödənilməlidir. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-96/2021 saylı qərardadına əsasən Borclu məxsus olan “HYUNDAİ ELANTRA” minik markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X1 xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinə xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “HYUNDAİ ELANTRA” minik markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında Borclu təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, onun tərəfindən icra sənədi üzrə öhdəlik tam şəkildə yerinə yetirilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Xəzər rayon İcra şöbəsinin nümayəndəsinin və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2191/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, Borclu 3430 manat pul tutularaq X3 verilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-96/2021 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək Borclu məxsus “HYUNDAİ ELANTRA” minik markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. -Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 2(003)-2191/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. -X4 tərəfindən Xəzər rayon İcra Şöbəsinə verilmiş xx.xx.2024 saylı ərizənin surətindən görünür ki, tələbkar icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi icra sənədinin icrasını təmin etmək üçün göstərilən əmlakın üzərinə həbsin qoyulmasına olan zərurət aradan qalxdığından məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-96/2021 saylı qərardadına əsasən Borclu məxsus “HYUNDAİ ELANTRA” minik markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-96/2021 saylı qərardadı ləğv edilsin və Borclu məxsus “HYUNDAİ ELANTRA” minik markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar