Məhkəmə qərarları › İş №8(003)-377/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-377/2024

31.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-377/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(003)-3998/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla müraciət edərək, Borclu Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 3998/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 525,5 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar 16.01,2024-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatı Təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Proses iştirakçılarının məhkəmə iclasına gəlməmələri təqdimata baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş sənədlər - Tovuz Rayon Məhkəməsinin 2(062)-3998/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 525,5 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. - “Bir neçə icra sənədi üzrə icraatın birləşdirilməsi və icraata başlamaq haqqında” Xəzər rayon İcra Şöbəsinin 08.1 1.2017-ci il tarixli qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-3998 saylı xx.xx.2017-ci il tarixli və Tovuz Rayon Məhkəməsinin 2(062)~4243 saylı xx.xx.2017-ci il tarixli, era sənədləri icraatda birləşdirilsin və iş üzrə icraata başlanması qərara alınmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarından görünür ki, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Xəzər rayon icra şöbəsinə gətirilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsı Maddə 129. “Məhkəmənin qəbul еtdiyi qərаrlаr dövlətin аdındаn çıхаrılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsi Maddə 15.2-ci mаddələrinə əsаsən, “Məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Maddə 84.3. Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur”. Məhkəmənin mövqeyi Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədiilə təqdimat təmin edilməlidir. Bеlə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-3998/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 525,5 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Lakin təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də, icra məmuru “İcra haqqında” Qanunun tələblərinə düzgün riayət etməklə, borculunun məcburi gətirilməsi barədə qərar qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Xəzər rayon icra şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-3998/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında yaşayan Borclu Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədirlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar