Məhkəmə qərarları › İş №8(003)-378/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-378/2024

07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-378/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Tələbkar Cavabdeh iştirakı ilə, Ərizəçi (borclu) X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 274/2022 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-274/2022 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilərək iddiaçı Cavabdeh ilə X7 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində bağlanmış 1374 №li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş 13 sentyabr 2013-cü il təvəllüdlü X6 və 06 mart 2019-cu il təvəllüdlü X5 anaları Cavabdeh yanında qalması, X3 Cavabdeh xeyrinə övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay cavabdehdən qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi məbləğində aliment tutulması qət edilmişdir. X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-274/2022 saylı qətnaməsinin icra üsulunu və qaydasının dəyişdirilərək, 2 övladına alimentin hər uşağa 235 manat (iki yüz otuz beş) cəmi 470 manat (dörd yüz yetmiş) sabit pul məbləğində verilməsi, lakin başqa gəlirlərin 1/3 hissəsini Bank hesabına yönləndirliməsi və övladlarının xx.xx.2013-cü il tarixdə doğulmuş X6 və xx.xx.2019-cu il tarixində doğulmuş X5 yetkinlik yaşına (18) çatana qədər bank hesabında yığılıb qalmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Cavabdeh Şahzuvar qızı ərizənin təmin edilməməsini xahiş etdi və izahatında göstərdi ki, uşaqları xəstədir. Onların saxlanması və sağlamlıqlarının qorunması üçün mütəmadi olaraq pula ehtiyac vardır. Özünün maddi vəziyyəti də pisdir. O, heç bir yerdə işləmir. O, uşaqların saxlanması üçün borclunun verəcəyi aliment məbləğinə arxalanır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi (icra sənədi üzrə borclu) X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib ərizənin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə, tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqeyini ifadə edərək qeyd etmişdir: ...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasımı dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddi 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasını həyata keçirilməsinə də xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, X4 qətnamənin icra üsulunun dəyişdirilərək başqa gəlirlərinin 1/3 hissəsini Bank hesabına yönləndirilməsi və övladlarının yetkinlik yaşına çatana qədər bank hesabında yığılıb qalması qətnamənin səmərəli icrasını təmin etməyə xidmət etmir. Belə ki, uşaqlar ananın himayəsindədir və sonuncu da rəsmi olaraq heç bir yerdə işləmir. Uşaqlardan xx.xx.2013-cü il təvəllüdlü X6 talassemiya xəstəsidir və bu barədə Milli Hematologiya və X1 Mərkəzinə xx.xx.2023-cü il tarixli göndərişi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin edilməsi uşaqların təminat səviyyəsinin aşağı düşməsinə, gündəlik tələbatlarının ödənilməsində çətinliklərin yaranmasına səbəb olacaqdır. Bu səbəbəbdən də X2nun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Ərizəçi (borclu) X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-274/2022 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar