Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-379/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin «MERCEDES BENZ VİTO 115» minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-67/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadınə əsasən Borclu məxsus olan «MERCEDES BENZ VİTO 115» minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla məhkəməyə müraciət edərək «MERCEDES BENZ VİTO 115» minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1866/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 5030 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Xəzər rayon Məhkəməsinin 8(003)-67/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “MERCEDES BENZ VİTO 115” minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu mülkiyyətində olan “MERCEDES BENZ VİTO 115” minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi xahiş olunur. Proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1866/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 5030 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 67/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Borclu məxsus olan «MERCEDES BENZ VİTO 115» minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Borclu ona olan borcunu tam şəkildə ödəmişdir. O, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1866/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 5030 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Borclu məxsus olan «MERCEDES BENZ VİTO 115» minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-67/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus olan «MERCEDES BENZ VİTO 115» minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu 2024-cü ildə "xxxx" ASC-yə olan borcunu tam şəkildə ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-67/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus olan «MERCEDES BENZ VİTO 115» minik markalı, **- CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-163, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-67/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə «MERCEDES BENZ VİTO 115» minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-379/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-379/2024
01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver