Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-38/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadə – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər rayon İcra şöbəsinin icraatında olan Kəlbəcər Rayon Məhkəməsinin 2(003)-1086/2018 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat sabit pul məbləğində aliment tələbkar X2 xeyrinə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1828/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment tələbkar X1 xeyrinə Borclu tutulmalıdır. İcra sənədləri müvafiq olaraq xx.xx.2018-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Xəzər rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birgə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü icra edilmədiyi üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1086/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən müəyyən olunur ki, Borclu hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməlidir. Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aqil Nəcəfovun xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1086/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılaraq Borclu icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Xəzər rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş bildirişdən aydın olur ki, Borclu tələbin könüllü icrası təklif olunmuş və könüllü icra etməyəcəyi təqdirdə məcburi qaydada icra hərəkətlərinin həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1828/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsindən müəyyən olunur ki, Borclu hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1828/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılaraq Borclu icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Xəzər rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş bildirişdən aydın olur ki, Borclu tələbin könüllü icrası təklif olunmuş və könüllü icra etməyəcəyi təqdirdə məcburi qaydada icra hərəkətlərinin həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Borclu barəsində olan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu tərəfindən verilmiş izahatlardan məlum olur ki, sonuncu icra sənədi ilə bağlı verilmiş bildiriş və xəbərdarlıqla tanış olmuşdur. Təqdimata əlavə olunan və icra işində olan sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru 2(003)-1828/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərmişdir. Lakin, Borclu icra sənədini könüllü icra etməmiş, onu icra etməkdən üzrsüz səbəbdən yayınmışdır. Bu günə kimi onun tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Təqdimata əlavə olunan və icra işində olan sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru 2(040)-1828/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərmişdir. Lakin, Borclu icra sənədini könüllü icra etməmiş, onu icra etməkdən üzrsüz səbəbdən yayınmışdır. Bu günə kimi onun tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. İş materiallarında olan Xəzər Rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən qəbul edilmiş qərardan görünür ki, Borclu barəsində axtarış elan edilmişdir. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 3(003)-1955/2022 saylı qərarından görünür ki, Borclu Bakı şəhəri Xəzər rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-1828/2020 nömrəli, xx.xx.2020-cı il tarixli və Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)-1828/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasından qəsdən yayındığından Azərbaycan Respublikası İXMnin 528.1-maddəsi ilə təqsirli bilinərək 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin materiallarından müəyyən olunur ki, icra məmuru tərəfindən icra sənədlərinin könüllü icrası barədə tərəfə bildiriş verilmiş və borclu həmin bildirişi almışdır. Lakin icra sənədləri borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Daha sonra borclu axtarış qərarı ilə tutularaq icra şöbəsinə gətirilmiş, orada izahatı alınmış və icra sənədlərini icra etməyəcəyi təqdirdə ona müvafiq məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu bütün xəbərdarlıqlara baxmayaraq icra sənədlərini icra etməkdən qəsdən boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, icra məmuru və hal şahidlərinin iştirakı ilə borclunun 2(003)-1828/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində qeyd olunan ünvan 1 ünvanında olunmuş, həmin zaman borclunun tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. İş materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Eyni zamanda mülkiyyət hüquqi ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olmamasını müəyyən etmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X5 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini könüllü icra etməməsi müəyyən olunduğundan məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını mümkün hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-38/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-38/2023
08.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver