Məhkəmə qərarları › İş №8(003)-380/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-380/2022

16.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-380/2022 16.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Nemətzadə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-283/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin icra məmuru Nəcəfov Aqil qeyd olunan icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-283/2022-003 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borcludan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 193,0 manat olmaqla, cəmi 386,0 manat məbləğində alimentin tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu nun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2022-ci il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayədəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilməlidir. Bеlə ki, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-283/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə Borclundən hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 193,0 manat olmaqla, cəmi 386,0 manat məbləğində alimentin və xx.xx.2011-ci il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar yetkinlik yaşına çatanadək cavabdehdən hər ay əlavə 100,0 manatsabit pul məbləğində tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərara əsasən Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-283/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2022-ci il tarixli “borclunun məcburi gətirilməsi” haqqında qərara əsasən ünvan 1 ünvanında yaşayan Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın sürətindən görünür ki, Xəzər Rayon İcra şöbəsinin əməkdaşları ünvan 1 ünvanına borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə getmişlər, borclu Xəzər rayon İcra Şöbəsinə dəvət olunmuş, lakin gəlməkdən boyun qaçırmışdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 129-cu maddəsinə əsasən,“Məhkəmənin qəbul еtdiyi qərаrlаr dövlətin аdındаn çıхаrılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 15.2-ci mаddələrinə əsаsən,“Məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, “Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (maddə 2.1). Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (maddə 3.1). İcrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsindəməhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur (maddə 84.2). Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur” (maddə 84.3). Təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də məhkəmə hesab edir ki, borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-283/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında yaşayan Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədirlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar