Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-381/2022 16.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)2723/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Bakı şəhərl Xəzər rayon İcra şöbəsinin 79825/2021-12-20-015 nömrəli, xx.xx.2021-ci il tarixli icra işi üzrə əmlak üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2723/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 11105 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Hazırda qeyd olunan icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq X1 məxsus olan "Nissan Qaşqai" minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair iş üzrə Borclu birgə nikah dövrundə əldə olunmuş payının müəyyən olunması və sözügedən avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2723/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 11105 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Nəticədə Borclu məxsus "Zil 5301AO" minik markalı, **-XX-*** qeydiyyat nişanlı, MMZ 4502 yük mnik markalı, **-MB-*** qeydiyyat nişanlı, "Volksvvagen Passat" minik markalı, **-ND-*** qeydiyyat nişanlı, "Kraz 255 B 1" minik markalı, **-RF-*** qeydiyyat nişanlı avtomobillər aşkar olunmuşdur və onların üzərinə həbs qoyulması təmin olunmuşdur. Lakin həmin avtomobillərin olduğu yeri müəyən etmək mümkün olmadığından xx.xx.2022-ci il tarixdə əmlakın axtarılması haqqında qərar qəbul olunaraq icra olunması üçün BDYPİ-nə göndərilmişdir. Bundan sonra borclunun adında qeydiyyatdan keçən əmlakların hazırda harada və kimin tərəfindən idarə olunması barədə DYPİ-nə sorğu edilmişdir. Nəticəsində məlum olmuşdur ki, həmin avtomobillər müxtəlif şəxslər tərəfindən etibarnamə ilə idarə olunur. Həmin şəxslərlə çıxarışda qeyd olunan telefon nömrəsi ilə əlaqə yaradılmışdır və məlum olmuşdur ki, qeyd olunan avtomobillər onların istifadəsində deyildir, vaxtilə tanımadıqları şəxslərə hissələrə bölünməsi üçün (metalloma) satdıqlarını bildirmişdirlər. Avtomobillərin axtarılması bu günədək heç bir nəticə vermədiyindən, həmçinin tələbkar ərizə ilə müraciət edərək həmin əmlaklara tələbin yönəldilməsindən imtina etdiyindən, tələb borclunun birgə nikahda olduğu həyat yoldaşı X4 məxsus olan “Nissan Qaşqai” minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi zərurəti yaranmışdır. Belə ki, həmin əmlak xx.xx.2013-cü il tarixdən X2 adından qeydiyyatdan keçir və hazırda da onun adında da keçməkdədir. Həmçinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Borclu ilə X6 ilə xx.xx.2033-cü il tarixdə nikaha qeydiyyata alınmışdırlar və həmin əmlak da birgə nikahdövrünə aiddir. Bundan sonra tələbkar ərizə ilə müraciət edərək borclunun adında keçən avtomobillərdən imtina etdiyini və tələbin faktiki olaraq borclunun istifadəsində olan onun həyat yoldaşı X4 məxsus olan avtomobiln üzərinə, borclunun həmin avtomobilə birgə nikahdan olan payı müəyyən olunmaqla həbs qoyulmasını xahiş etmişdir. Göstərilənlərə və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən X4 məxsus olan "Nissan Qaşqai" minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair iş üzrə Borclu birgə nikah dövrundə əldə olunmuş payının müəyyən olunması və sözügedən avtomobilin üzərinə həbs qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2723/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Borclu 11105 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1. maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni zamanda, həmin Qanunun 50.2. maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan normalardan da göründüyü kimi tələbin ər-arvadın birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Bu ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. İşin müəyyən edilmiş hallarından və iş materiallarından görünür ki, ər və arvad arasında əmlak bölünməmiş, eyni zamanda kreditor da ər-arvadın ümumi əmlakının bölünməsi barədə iddia ilə məhkəməyə müraciət etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ər-arvadın ümumi əmlakdakı payları bölünmədiyindən kreditorun tələbinin X4 məxsus olan "Nissan Qaşqai" minik markalı, **-VO- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilə bilməz və rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X4 məxsus olan "Nissan Qaşqai" minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə və avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-381/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-381/2022
16.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver