Məhkəmə qərarları › İş №8(003)-389/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-389/2025

24.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-389/2025 24.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-1029/2019 saylı icra sənədi üzrə X2 tərəfindən Maraqlı şəxs icra məmuru Şəfəq Hüseynovanın hərəkətlərindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə İşin halları X2 şikayət ilə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-1029/2019 saylı icra sənədi üzrə Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 “alimentin tutulması” hərəkətsizliyi qanunsuz hesab edilsin, onun tərəfindən icra işi üzrə məcburi icra tədbirləri görülsün və X12 barəsində inzibati tənbeh növündə inzibati tənbeh tətbiq edilməsi öhdəliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Tələbkarlar ərizəni onunla əsaslandırmışlar ki, o, cavabdeh X9 qarşı iddia ahaığı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X5 himayəsində olan X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 nanat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını kahiş etmişdi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(003)-1029/2019 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X5 iddiaçı X7 xeyrinə, 30 avqust 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2019cu il tarixli, 2(003)-1029/2019 saylı qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. xx.xx.2019-cu il tarixində isə Maraqlı şəxs tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin, icra məmuru X10 tərəfindən borclu X12 barəsində hər hansı məcburi icra tədbirləri görülməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 “alimentin tutulması” hərəkətsizliyi qanunsuz hesab edilməli, onun tərəfindən icra işi üzrə məcburi icra tədbirləri görülməli və X12 barəsində inzibati tənbeh növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(003)1029/2019 saylı qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. xx.xx.2019-cu il tarixində isə Maraqlı şəxs tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin, icra məmuru X10 tərəfindən borclu X12 barəsində hər hansı məcburi icra tədbirləri görülməmişdir. Yuxarıda qeyd olunan məsələ ilə bağlı Ədliyyə Nazirliyinin İcra Xidmətinə, eləcə də Xəzər Rayon İcra Şöbəsinə müraciət edərək borclu X12 tərəfindən 7 100 manat aliment borcunun tam ödənilməsinin təmin edilməsi məqsədi ilə borclu barəsində tez bir zamanda inzibati qaydada protokolun tərtib edilməsi məqsədi ilə icra məmuruna müvafiq göstəriş verilməsini xahiş etmişdi. xx.xx.2025-ci il tarixində mənə Xəzər Rayon İcra Şöbəsindən özünü icra məmuru kimi təqdim edən bir əməkdaş zəng etmişdir. Həmin şəxsə tərəfimdən dəfələrlə “özünüzü təqdim “din” deməyimə baxmayaraq özünü təqdim etməmişdir. Halbuki, zəng edən şəxs dövlət əməkdaşıdırsa özünü təqdim etməyə borcludur. Sonradan əldə etdiyim məlumata əsasən mənə zəng edən şəxs Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq xanımdır. Qeyd edim ki, həmin əməkdaş mənimlə icra məmuruna yaraşmayan formada rəftar etmiş, üstümə qışqıraraq etik davranış qaydalarını kobudcasına pozmuşdur. Belə ki, sanki mən tələbkar deyil borcluyam və alimet məbləğini mən ödəməliyəm. Lakin, nəzərinə çatdırmaq istəyirəm ki, icra məmuru məhkəmə qətnamələrinin icrasına məsul olan şəxsdir və onun ən ümdə vəzifəsi icra məmurunun icraatına verilmiş məhkəmə qətnaməsinin icrasını təmin etməkdir (“İcra məmurları” haqqında Qanununun 1-ci maddəsi). Görünən odur ki, adını sonradan öyrəndiyim icra məmuru Şəfəq xanım tələbkarın tələblərini təmin etməyi bir yana qalsın, mənimlə qışqıra-qışqıra danışmış, üstəlikdə borclu tərəfindən ödənilmiş (halbuki, bugünə qədər ödənilməmişdir) aliment ödənişlərinin qəbzlərini məndən tələb etməyə çalışmışdır. Halbuki, məhkəmə qətnaməsi icra məmuruna icraata verildikdən sonra icra məmuru tələbkarla əlaqə saxlayaraq ondan icra hərəkətlərinin aparılması ilə əlaqədar bank rekvizitlərini tələb etməli və həmin rekvizitləri borclu olan şəxsə verməlidir ki, borclu aliment ödənişinin hansı hesaba ödəniləcəyini bilsin. Lakin, icra məmuru tərəfindən sadaladıqlarımın heç biri icra olunmamış, əvəzində borclu tərəfindən nə vaxtsa mənə məxsus olan karta göndərdiyi qəpik-quruşu aliment ödənişi olaraq “sırımağa” çalışmışdır. Bundan başqa, icra məmuru mənimlə telefonla danışarkən yanında borclu X12 olmuşdur. İcra məmuru onunla mülayim danışarkən, onunla kobud davranmışdır. Halbu ki, icra məmuru Şəfəq xanım həmcinsli olduğumuzu, himayəsində yetkinlik yaşına çatmayan qız övladı olduğunu, eləcə də tələb olunan pulun hər hansı borc tələbi deyil, məhz övladım üçün ödənilməli olan aliment tələbi olduğunu unutmamalı idi. Görünən odur ki, icra məmuru alimentin ödənilməsini borclu X5 tələb etməli olduğu halda təmin etməmişdir. Məhz bundan sonra icra məmuru tərəfindən borclu X12 barəsində MN №1748873 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən borclu X12 AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-532/2025 sayl, xx.xx.2025-ci il tarixli qərarı ilə X8 AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Sonradan borclu X9 qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-1029/2019 saylı qətnaməsinə əsasən cavabdeh X5 xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 100 manat sabit pul məbləğində alimetin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirməklə indeksasiya haqqında qərardad çıxarılmasını xahiş etmişdim. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 134/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarıxlı, 2(003)-1029/2019 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən borclu, xx.xx.1985-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X12 barəsində axtarış elan edilmişdir. Maraqlı şəxs icra məmuru X10 tərəfindən 23.05.205-ci il tarixində “borclunun axtarışı haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi, məhz onun şikayətləri əsasında Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X10 məcburi icra tədbirlərini yerinə yetirməyə çalışmışdır. Elə bu səbəbdəndir ki, 2025-ci ilin aprel ayından başlayaraq borclu tərəfindən aşağıdakı tarixlərdə və məbləğlərdə aliment ödənilmişdir: xx.xx.2025 - 50 manat, xx.05.2025 - 50 manat (tarixi silinib),xx.xx.2025 - 30 manat, xx.xx.2025 - 30 manat, xx.xx.2025 - 1000 manat, xx.xx.2025 - 300 manat, xx.xx.2025 - 390 manat, xx.xx.2025 - 300 manat, cəmi: 2150 manat. Lakin, onun təkidlərindən sonra ödənilməli olan aliment məbləğinin (7100 manat) 2150 manatı ödənilsə də yerdə qalan məbləğ, eləcə aliment artımından sonrakı aliment ödənişləri hələ də ödənilməməkdədir. Proses iştirakçılarının izahatı Tərəflər şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri hazırki şikayətə baxılmasına mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(003)-1029/2019 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X5 iddiaçı X7 xeyrinə, 30 avqust 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. xx.xx.2019-cu il tarixində isə Maraqlı şəxs tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-134/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019cu il tarıxlı, 2(003)-1029/2019 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunması qərara alınmışdır. Maraqlı şəxs “Borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərarına əsasən borclu, xx.xx.1985-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X12 barəsində axtarış elan edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-190/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu – xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş X8 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-532/2025 saylı, xx.xx.2025-ci il tarixli qərar ilə X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Leobank KB ASC bank məlumatlarından görünür ki, X5 X7 hesabına ödənişlər həyata keçirilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1606/2025 saylı, xx.xx.2025-ci il tarixli qərar ilə X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Maraqlı şəxs tərəfindən X9 ünvanlanmış xx.xx.2025-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunması barədə bildirişdən görünür ki, icra sənədi üzrə tələbi təmin etmək üçün ona 10 gün yeni müddət verilib. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İcra məmuru hal şahidi ilə birlikdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(003)-1029/2019 saylı icra sənədinin icra edilməsi məqsədi ilə borclunun qeyd olunan ünvanında oldular lakin borclunun həmin ünvanda tapmaq mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 129. məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 107.2. məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 107.2. məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 17-ci maddəsinə məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə, borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icraat dayandırılır. 18-ci Maddəsinə Əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda;borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icraatın dayandırılması mümkündür. 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. 44-cü maddəsinə əsasən icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi borclu barəsində məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. 75.2-ci maddəsinə əsasən birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. 84.2-ci mаddəsinə əsаsən icrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsində məhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur Azərbaycan Respublikası MPM-nin 15.2-ci mаddələrinə əsаsən məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. Məhkəmənin mövqeyi Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. İcra sənədinin icrası ilə bağlı qanuni prosedurlar tam şəkildə yerinə yetirilmişdir. Şikayətin məzmunundan və iş materiallarından görünür ki, X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-1029/2019 saylı qətnaməsinin uzun müddət icra edilməməsini icra məmuru X4 qanunsuz hərəkətsizliyi ilə əlaqələndirmiş, borclu X12 barəsində məcburi icra tədbirlərinin görülməsini və inzibati tənbeh tətbiq olunmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, icra məmurunun tam hərəkətsiz qalması barədə iddialar iş materialları ilə təsdiqini tapmır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi icraata qəbul edildikdən sonra icra işi üzrə bir sıra icra hərəkətləri həyata keçirilmişdir. Borclu barəsində axtarış elan olunmuş, ölkədən çıxış hüququ müvəqqəti məhdudlaşdırılmış, icra sənədinin icrasından yayınmasına görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə dəfələrlə inzibati məsuliyyət tədbirləri tətbiq edilmiş, habelə borclu cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyü barədə yazılı qaydada xəbərdar edilmişdir. Bu hallar icra məmurunun icra sənədinin icrasını təmin etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirlərini gördüyünü göstərir. Eyni zamanda iş materiallarında mövcud olan bank məlumatlarından müəyyən edilir ki, borclu tərəfindən tələbkarın hesabına müxtəlif tarixlərdə aliment ödənişləri həyata keçirilmişdir. Həmin ödənişlərin edilməsi də icra prosesinin faktiki olaraq davam etdiyini və icra məmurunun fəaliyyətsiz qalmadığını təsdiqləyir. Bundan əlavə, tələbkarın müraciəti əsasında aliment məbləğinin indeksasiya olunması barədə məhkəmə tərəfindən qərardad qəbul edilmiş və bu qərardad da icra icraatında nəzərə alınmışdır. Məhkəmə onu da nəzərə almışdır ki, tələbkarın şikayəti üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi üçün əsas olan hal yalnız icra hərəkətlərinin ümumiyyətlə aparılmaması və ya qanunla nəzərdə tutulmuş tədbirlərin görülməməsi ilə bağlı ola bilər. Halbuki, iş materialları icra məmuru tərəfindən müəyyən dövrlərdə icra tədbirlərinin həyata keçirildiyini, borcluya qarşı inzibati və məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyini, eləcə də icra prosesinin nəticə etibarilə qismən də olsa təmin edildiyini göstərir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlmişdir ki, icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və onun üzərinə əlavə öhdəliklərin qoyulması üçün hüquqi əsaslar mövcud deyildir. Odur ki, şikayət təmin edilməməli hesab edilmişdir. İcra məmurunun fəaliyyəti "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Qanunvericiliyin tələblərinə əsasən, icra məmuru icra sənədində göstərilən tələblərin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün bütün qanuni tədbirləri görməlidir. İcra məmuru icra sənədinin icrasını ləngitmədən, dəfələrlə iştirakçılarla əlaqə saxlamaqla, könüllü və məcburi icra üsullarına müraciət etməklə təmin etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, müəyyən edilir ki, icra məmuru icra sənədinin icrasını ləngitmədən, dəfələrlə iştirakçılarla əlaqə saxlamaqla, könüllü və məcburi icra üsullarına müraciət etməklə təmin etmişdir, icra məmurunun hərəkətlərində qanun pozuntusu yoxdur, icra sənədinin icrası ilə bağlı zəruri və qanuni tədbirlər görülmüşdür. Tələbkarlar özləri icra hərəkətlərində iştirak etməmiş və təhvil alma prosedurlarından yayınmışlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-1029/2019 saylı icra sənədi üzrə X2 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-1029/2019 saylı icra sənədi üzrə X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar