Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-39/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5, Tələbkar iştirakı ilə, İddiaçı Tələbkar cavabdeh Borclu qarşı “açlmış qapının sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-128/2021 nömrəli 18.08.2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Tələbkar cavabdehlər X3 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsinin dalanının gediş-gəliş yoluna açılan qapının tam bağlanması, sökülmüş hasarın cavabdehlərin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən tələbi dəqiqləşdirərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsinin dalanının gediş-gəliş yoluna acılan qapının tam bağlanması, sökülmüş hasarın cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh əsl cavabdedehlə əvəz edilərək, cavabdehlər X3 və X4 əsl cavabdeh Borclu ilə əvəz edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-128/2021 nömrəli 18.08.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsinin dalanının gediş-gəliş yoluna acılan qapı cavabdeh Borclu hesabına tam bağlanılması və sökülmüş hasar cavabdeh Borclu hesabına bərpa edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdeh Borclu tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməsi, iş üzrə aparılmış mütəxəssiss tədqiqatının dəyəri olan 95 manat məbləğində pul cavabdeh Borclu tutulub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" ASC-nin Xətai filialı, Kod: 200071, VÖEN: (bank) **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********, hesab N: AZ23AİİB******************** hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X8 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-128/2021 nömrəli 18.08.2021-ci il tarixli qətnaməsinin izah edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-128/2021 saylı, 18.08.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsinin dalanının gediş-gəliş yoluna acılan qapı cavabdeh Borclu hesabına tam bağlanılmalı və sökülmüş hasar cavabdehin hesabına bərpa edilməlidir. Qeyd olunan icra vərəqəsi Xəzər rayon icra şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya könüllü icra üçün müddət təyin edilərək bildiriş təqdim edilmişdir. Könüllü icra müddəti ərzində icra vərəqəsi borclu tərəfindən icra olunmadığı üçün məcburi icra tədbirlərinə başlanmışdır. Məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə icra sənədi üzrə qeyd olunan ünvanda olan zaman 2219 saylı bağ sahəsinin yoluna açılan qapı (2222 saylı bağ sahəsinin qapısı) yəni hasar bərpa olunduğu təqdirdə ev sakinlərinin ordan çıxmaları üçün başqa yolun olmamasını nəzərə alaraq məcburu icra tədbiri məhkəmədən izah istənilməsi üçün təxirə salınmışdır. Xəzər Rayon Məhkəməsinin 2(003)-128/2021 saylı, 18.08.2021-ci il tarixli icra sənədinin məcburu icrası təqdirində, yəni 2222 saylı bağ sahəsinin qapısı bağlanaraq hasar bərpa edildikdə həmin 2222 saylı bağın sakinlərinin ordan çıxışlarının olmaması ilə bağlı qeyd olunan icra sənədinin icra olunmasına dair izah verməsi xahiş olunur. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X8 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar bildirmişdir ki, onun 0,19 ha torpaq sahəsinə mülkiyyət hüquq dövlət reyestrində qeydə alınmışdır. Sonradan o həmin toraq sahəsi hissələrə bölünmüş və bölgü eskizi tərtib edilmişdir. Həmin bölgü eskizində mülkiyyətdə olan sahənin hüdudları daxilində özlərinə məxsus keçid yolu nəzərə alınmışdır. Cavabdeh Borclu mülkiyyətində olan 2222 saylı bağ evinin yolu isə sənədlərə əsasən öz sahəsinin qərbində nəzərdə tutulmuşdur. Hazırkı mülki iş üzrə cavabdehin digər istiqamətdə öz bağ sahəsinə gediş-gəliş üçün ümumi yol mövcuddur və borclu öz bağına gediş-gəliş yolunu qeyd ediılən hissədən aça bilər. Qeyd edilənlərə əsasən ərizənin rədd edilməsini xahiş edirəm. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə borclunun iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-128/2021 nömrəli 18.08.2021-ci il tarixli qətnamənin izah edilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qanunvericilik məhkəmə aktına izah verilməsini onun məzmununun dəyişdirilməsi ilə məhdudlaşdırmışdır. Başqa sözlə, məhkəmə aktının verilən izah həmin akta yeni məzmun verməməli, bir sözlə məhkəmə aktının izah olunması barədə məsələ qətnamənin məzmununun toxunulmazlığı ilə əlaqələndirilmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İş materiallarından görünür ki, qətnamənin nəticə hissəsində Borclu münasibətdə qeyd edilişdir ki, “Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsinin dalanının gediş-gəliş yoluna acılan qapı cavabdeh Borclu hesabına tam bağlanılması və sökülmüş hasar cavabdeh Borclu hesabına bərpa edilsin”. Həmçinin izah verilməsi xahiş olunan mülki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş olan ekspert rəyindən görünür ki, ümumi ərazi (sözügedən gediş-gəliş yolu daxil olmaqla) ********** ərizə ilə kadastr planı əsasında 0,19 ha torpaq sahəsi Tələbkar adına qeydiyyata alınmışdır. Sonradan qeyd olunan 0,19 ha torpaq sahəsinin hissələrə bölünməsinə dair notarial təsdiq edilmiş bölgü eskizində mülkiyyətdə olan sahənin hüdudları daxilində özlərinə məxsus keçid yolu kimi nəzərə alınmışdır. Cavabdeh Borclu mülkiyyətində olan 2222 saylı bağ evinin yolu isə sənədlərə əsasən öz sahəsinin qərbində nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından göründüyü kimi işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavadeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən gediş-gəliş yoluna mülkiyyətçinin icazəsi olmadan qapı açmaqla qanunsuz istifadə etməklə iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Halbuki ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu torpağın qərb hissəsindən nəzərdə tutlmuşdur. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin qətnaməyə izah verilməsinin zəruriliyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-128/2021 saylı, 18.08.2021-ci il tarixli icra sənədinin məcburu icra olunacağı təqdirdə, yəni 2222 saylı bağ sahəsinin qapısı bağlanaraq hasar bərpa edildikdə 2222 saylı bağın sakinlərinin ordan çıxışlarının olmaması ilə əsalandırmışdır. Lakin yuxarıda qeyd edildiyi kimi və mülki iş üzrə qətnamənin əsaslandırıcı hissəsində də qeyd edildiyi kimi mülki iş üzrə cavabdeh Borclu mülkiyyətində olan 2222 saylı bağ evinin yoluna sənədlərə əsasən öz sahəsinin qərbində nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin qətnaməyə izah verilməsi ilə bağlı ərizəsinin Xəzər Rayon Məhkəməsinin 2(003)-128/2021 saylı, 18.08.2021-ci il tarixli icra sənədinin məcburu icrası təqdirində, yəni 2222 saylı bağ sahəsinin qapısı bağlanaraq hasar bərpa edildikdə həmin 2222 saylı bağın sakinlərinin ordan çıxışlarının olmaması hissəsinə münasibətdə qeyd edir ki, qeyd edilən hal baş verərsə tərəf servitut hüququ ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamədə qeyri-müəyyən, anlaşılmaz hər hansı xüsusat mövcud deyildir və buna görə də izah verilməsi yolu ilə həmin qətnamənin icrasına münasibət bildirilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-128/2021 nömrəli 18.08.2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin ərizəsi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-128/2021 nömrəli 18.08.2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-39/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-39/2022
21.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver