Məhkəmə qərarları › İş №8(003)-394/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-394/2022

30.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-394/2022 30.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Nemətzadə - icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin icra məmuru Şəfəq Nemətzadə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2872/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclular X1, X2, Borclu və X3 müştərək qaydada 1957.11 manat məbləğində faiz borcu, 225 manat məbləğində ödənilmiş mediasiya, 2936 manat cərimə məbləği və 29360.44 manat məbləğində kredit borcu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Tələbin əmlaklara yönəldilməsi məqsədi ilə Xəzər rayon məhkəməsinin 8(003)-283/2022 saylı, xx.xx.2022-cı il tarixli qərardadına əsasən borclu xx.xx.1964-cü il təvəllüdlü Borclu məxsus olan "X5 PRADO” minik markalı, “**-DA-***” dövlət qeydiyyat nişanlı və “FORD TRANSİT” yük markalı, “**-FY-***” dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını və icra sənədi üzrə icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən borclu xx.xx.1964-cü il təvəllüdlü Borclu məxsus olan “X5 PRADO” minik markalı, “**-DA-***” dövlət qeydiyyat nişanlı və “FORD TRANSİT” yük markalı, “99FY-844” dövlət qeydiyyat nişanlı avtomobillər üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra və probasiya şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2872/2022- 012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclular X1, X2, Borclu və X3 müştərək qaydada 1957.11 manat məbləğində faiz borcu, 225 manat məbləğində ödənilmiş mediasiya, 2936 manat cərimə məbləği və 29360.44 manat məbləğində kredit borcu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2872/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu adına X5 Prado” minik markalı, "**-DA-***" dövlət qeydiyyat nişanlı və "Ford Transit" yük markalı, "**-FY-***" dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Nemətzadə Borclu məxsus X5 Prado” minik markalı, "**-DA-***" dövlət qeydiyyat nişanlı və "Ford Transit" yük markalı, "**-FY-***"dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-283/2022 saylı qərardadı ilə təqdimat təmin edilmişdir və Borclu məxsus X5 Prado” minik markalı, "**-DA- ***" dövlət qeydiyyat nişanlı və "Ford Transit" yük markalı, "**-FY-***"dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" QSC tərəfindən Bakı şəhəri Xəzər rayon icra şöbəsin ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, icra sənədinin məhkəməyə qaytarılmasını və icra sənədi üzrə icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, borclunun icra sənədi üzrə icranı tam icra etməsini, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)- 283/2022 saylı qərardadı ləğv edilməli, Borclu məxsus X5 Prado” minik markalı, "**-DA- ***" dövlət qeydiyyat nişanlı və "Ford Transit" yük markalı, "**-FY-***"dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-283/2022 saylı qərardadı ləğv edilsin. Borclu məxsus X5 Prado” minik markalı, "**-DA-***" dövlət qeydiyyat nişanlı və "Ford Transit" yük markalı, "**-FY-***"dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar