Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-394/2024 25.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Bakı Şəhəri Xəzər rayon İcra şöbəsinin rəisi X2 Rayon Məhkəməsinin 1(003)- 175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu maddi ziyana görə 7.972 manat,taksi xidmətlərdən istifadəyə görə 500 manat və mənəvi ziyana görə 1.000 manat, cəmi 9.472 manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin rəisi Həsənquliyev İdris qeyd olunan icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak etmiş Borclu bildirdi ki, icra sənədi üzrə zərərçəkmiş Tələbkar kart hesabına xx.xx.2024-cü il tarixdə 1.000 manat məbləğində ödəniş etmişdir. Təqdimatın təmin olunması ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, mülki iddia qismən təmin olunmuş, Borclu maddi ziyana görə 7.972 manat,taksi xidmətlərindən istifadəyə görə 500 manat və mənəvi ziyana görə 1.000 manat olmaqla cəmi 9.472 manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Tələbkar ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)- 452/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, mülki iddia ilə bağlı hissədə hökm dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Borclu tərəfindən təqdim olunmuş 14215 nömrəli qəbzdən görünür ki, 5********3587 (Tələbkar məxsus kart hesabı) kart hesabına 1.000 manat ödəniş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli, e281073/2024-12-21-003 nömrəli xəbərdarlığın surətindən görünür ki, borcluya tələbin üzrsüz səbəbdən icra edilməyəcəyi halda icranın məcburi qaydada həyata keçiriləcəyi xəbərdarlıq edilmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, 1(003)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Kərimova X1 Ümüdə məxsus kart hesabına 1.000 manat ödəniş edilmişdir. Yəni, Borclu icra vərəqəsini icra etməkdən boyun qaçırmır. Belə olan halda, məhkəmə hesab edir ki, Borclu ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına lüzum yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədirlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-394/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-394/2024
25.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver