Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-395/2024 25.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Tələbkar MMC-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu 2(003)- 2659/2010 saylı icra edilmədən qaytarılmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurunun qərarını ləğv edərək, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair şikayətə 25 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2659/2010 saylı, xx.xx.2010-ci il tarixli qətnaməsinə əsasən Borclu ceVebTelbə MMC-in xeyrinə, cəmi 726 (yeddi yüz iyirmi altı dollar ) ABŞ dolları məbləğində kredit borcunun və 10 manat dövlət rüsumunun tutulması qət edilmiş və icra sənədi icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2659/2010 saylı, xx.xx.2010-ci il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması barədə qərar qəbul etmişdir. Hazırda Tələbkar MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2659/10 saylı, xx.xx.2010-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)2659/2010 saylı, xx.xx.2010-ci il tarixli qətnaməsinə əsasən Borclu ceVebTelbə MMC-in xeyrinə, cəmi 726 (yeddi yüz iyirmi altı dollar ) ABŞ dolları məbləğində kredit borcunun və 10 manat dövlət rüsumunun tutulması qət edilmiş və icra sənədi icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Qətnamənin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh Borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar MMC tərəfindən Xəzər rayon icra şöbəsinə qeyd olunan icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirməsilə bağlı xx.xx.2024-cü il tarixində müraciət ünvanlanmış, Xəzər rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən icra sənədi üzrə icraata “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddasinə əsasən məhkəməyə qaytarıldığı bildirilmişdir. Lakin qeyd edilən qərar Tələbkar MMC-yə təqdim olunmamışdır. Bu səbəbdən qeyd olunan qərarın müraciətə əlavə olunması mümkün olmamışdır. Onu da qeyd etməliyik ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-2659/10 saylı, xx.xx.2010-ci il tarixli qətnaməsi üzrə cavabdeh Borclu Tələbkar MMC-yə hazırki tarixə qalıq borcu 726 (yeddi yüz iyirmi altı dollar ) ABŞ dolları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublika Qanunun 23.2-ci maddəsində əsasən tələbin icrası həmin Qanun 23.1.2-23.1.5 maddəsində göstərilən əsaslara görə mümkün olmadıqda icra məmuru bu haqda müfaviq aktı tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfində yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Xəzər rayon icra şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlünə dair aktı olunmamış,həmçinin Adı çəkilən tələbkara tələbkara təqdim edilməmişdir. Göstərilən qanunun 23.7-ci maddəsi üzrə, tərəflər icra sənədinin məhkəməyə yə ya digər orqana (notariusun icra qeydinin isa tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qəbul olunmuş qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edirik ki, Xəzər rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu bizə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddasinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutlan tələb etmək barədə vəsatətlə məhkəməyəmüraciət edə bilər. Hazırki iş üzrə Xəzər rayon icra şöbəsinə müraciətlər olunsa da yuxanda qeyd edilən qərar tələbkara təqdim edilməmişdir. Bu hal icra sənədinin icrasız qalmasına, borclulann məhkəmə qərarının icrasından yayınmasına səbəb olmaqdadır. İşdə iştirak etmiş şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin işdə iştirak etmiş şəxslər məhkəmə iclasına gəlməmişlər. İşdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq borclu və icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işdə iştirak edən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2659/2010 saylı, xx.xx.2010-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarı ləğv edilməlidir. Belə ki, Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmənin şifahi sorğusu ilə Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsindən icra işi tələb olunmasına baxmayaraq, icra qurumu tərəfindən icra işi təqdim olunmamışdır. Beləliklə, icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərin olub-olmaması barədə banklara sorğular verilməsi, həmçin icra məmuru tərəfindən şəxsin yaşadığı ünvanına baxış keçirilməsi və tələbin yönəldilə biləcəyi heç bir əmlakının aşkar olunmamasını müəyyən müəyyən etmək mümkün olmamışdır. Belə ki, icra haqqında Qanunun 32-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Qanunvericiliyin tələbindən görünür ki fiziki şəxslər icraatda şəxsən və və ya nümayəndələri vasitəsi ilə iştirak edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərin görülmədiyindən şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2659/2010 saylı, xx.xx.2010-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2659/2010 saylı, xx.xx.2010-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-395/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-395/2024
25.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver