Məhkəmə qərarları › İş №8(003)-397/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-397/2024

27.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-397/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2976/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin qaytarılmasına dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun 29 oktyabr 2020-ci il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ "xxxx" ASC şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2976/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilmədən qaytarılmasına dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun 29 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilərək, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2976/2018 saylı, xx.xx.2018-ci tarixli məhkəmə əmrinə əsasən Borclu "xxxx" ASC-nin xeyrinə 748.34 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. İcra sənədi icrasının təmin edilməsindən ötrü aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon icra şoəsinə göndərilmişdir. İcra məmuru Yaqub Qafarov Borclu yaşadığı ünvana baxış keçirdiyini, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilmədiyini, bu barədə müvafiq aktın tərtib edildiyini, həmçinin borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyini əsas gətirərək, icra sənədinin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-ci maddəsinə əsasən geri qaytarılması haqqında qərar qəbul etmişdir. Həmin qərar əsassız olduğundan ləğv edilməlidir .Belə ki, icra məmuru tərəfindən borclunun yaşadığı ünvana baxış keçirilərkən tələbkar tərəf olaraq bankın nümayəndəsinin iştirakı təmin edilməmiş və müvafiq akt tələbkarın iştirakı olmadan tərtib edilmişdir.Həmçinin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının oanunun 43cii maddəsinin tələblərinə (məcburi icra tədbirləri) uyğun olaraq (borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, əmək aqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi v.s) heç bir icra tədbiri görməmiş, mötəbər faktlar və sübutlar göstərmədən ümumi əsaslarla əsassız qərar çıxarmışdır. İcra məmuru tərəfindən bununla bağlı müvafiq sorğular edilməmişdir. Həmçinin borclu hal-hazırda işləyir və aylıq əmək haqqı alır. İcra məmuru icra sənədini geri qaytararkən iş üzrə tam araşdırma aparmadan, müvafiq sorğular vermədən icra sənədinin icra edilmədən geri qaytarması barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu hal-hazırda maşın operatoru vəzifəsində işlədiyini və 814 manat məbləğində aylıq əmək haqqı aldığını qeyd etmişdir. Tələbkar "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxılma yeri və vaxtı barədə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə bildiriş göndərilməsinə baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın nümayəndəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onların iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2976/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinindən görünür ki, Borclu 748.34 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməsi əmr edilmişdir İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun 29 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2976/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-ci maddəsinə əsasən məhkəmə geri qaytarılmışdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, Borclu hazırda "xxxx" MMC-də maşın operatoru vəzifəsində işləyir və onun aylıq əmək haqqı 814,28 manat təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: - 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda. - 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. Həmin Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra təbdiri kimi göstərilmişdir. Göründüyü kimi borclunun faktiki iş yeri mövcuddur və onun aylıq əmək haqqı müvafiq olaraq 814,28 manat təşkil edir. Lakin icra məmuru tərəfindən “İcra Haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına yönəldilməsi istiqamətində icra tədbirləri həyata keçirilməmişdir. Borclu hazırda işləyir və onun aylıq əmək haqqı mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zəruri tədbirlər görülmədən icra məmuru tərəfindən icra sənədinin geri qaytarılması haqqında qərar qəbul olunmuşdur və həmin qərar əsassız olduğundan şikayət təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun 29 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2976/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin qaytarılmasına dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun 29 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2976/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində Xəzər rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar