Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-4/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Borclular Borclu1, Borclu2 və Borclu3 iştirakları ilə, Borclular Borclu1 məxsus olan “QAZ 24” minik markalı, “**-EX-***” dövlət qeydiyyat nişanlı, Borclu2 məxsus olan “VAZ 21061" minik markalı, “**-ZF-***” dövlət qeydiyyat nişanlı və Borclu3 məxsus “VAZ 21074" markalı, “**-VO-***” dövlət qeydiyyat nişanlı avtomobillər üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin icra məmuru Şəfəq Neymətzadə təqdimatla məhkəməyə müraciət edərək, borclular Borclu1 məxsus olan “QAZ 24” minik markalı, “**-EX-***” dövlət qeydiyyat nişanlı, Borclu2 məxsus olan “VAZ 21061" minik markalı, “**-ZF-***” dövlət qeydiyyat nişanlı və Borclu3 məxsus “VAZ 21074" markalı, “**- VO-***” dövlət qeydiyyat nişanlı avtomobillər üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 6254/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu3, Borclu1 və Borclu2 müştərək qaydada 11220.88 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" X1 ASC-nin xeyrinə ödənilməlidir. Tələbin əmlaklara yönəldilməsi məqsədi ilə Xəzər rayon məhkəməsinin 8(003)-1065/2016 saylı, xx.xx.2016cı il tarixli qərardadına əsasən Borclu1 məxsus olan “QAZ 24” minik markalı, “**-EX-***” dövlət qeydiyyat nişanlı, Xəzər rayon məhkəməsinin 8(003)-1064/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu2 məxsus olan “VAZ 21061” minik markalı, “**-ZF-***” dövlət qeydiyyat nişanlı və Xəzər rayon məhkəməsinin 8(003)-334/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadına əsasən Borclu3 məxsus “VAZ 21074” markalı, “**-VO-***” dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" X1 xx.xx.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını və icra sənədi üzrə icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən borclular Borclu1 məxsus olan “QAZ 24” minik markalı, “**-EX-***” dövlət qeydiyyat nişanlı, Borclu2 məxsus olan “VAZ 21061" minik markalı, “**-ZF-***” dövlət qeydiyyat nişanlı və Borclu3 məxsus “VAZ 21074" markalı, “**-VO-***” dövlət qeydiyyat nişanlı avtomobillər üzərindən həbsin götürülməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən Borclu3 borcun ödənildiyini və bu səbəbdən ona məxsus əmlakın üzərindən həbsin götürülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu1 borcun ödənildiyini və bu səbəbdən ona məxsus əmlakın üzərindən həbsin götürülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu2 borcun ödənildiyini və bu səbəbdən ona məxsus əmlakın üzərindən həbsin götürülməsini xahiş etdi. İş üzrə Xəzər rayon İcra Şöbəsinə və tələbkara təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımiqaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalarda, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-6254/2015 saylı icra sənədinə əsasən borclular Borclu3, Borclu1 və Borclu2 müştərək qaydada cəmi 11220.88 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" X1 ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2016-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş, cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq və qərarın surəti borcluya təqdim edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1065/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu1 məxsus olan “QAZ 24” minik markalı, “**-EX-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1064/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu2 məxsus olan “VAZ 21061” minik markalı, “**-ZF-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-334/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu3 məxsus “VAZ 21074” markalı, “**-VO-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Xəzər rayon İcra Şöbəsinə ünvanlanmış məktubundan görünür ki, , Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-6254/2015 saylı icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsini rəhbər tutaraq icra olunmadan geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərardan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-6254/2015 saylı icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu tərəfindən borc ödənilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, borclunun icra sənədi üzrə icranı tam icra etməsini, bununla da avtomobillərin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1065/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1064/2016 saylı, xx.xx.2016-cı il tarixli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-334/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadları ləğv edilməli, Borclu1 məxsus olan “QAZ 24” minik markalı, “**-EX-***” dövlət qeydiyyat nişanlı avtomobilin, Borclu2 məxsus olan “VAZ 21061” minik markalı, “**-ZF-***” dövlət qeydiyyat nişanlı avtomobilin və Borclu3 məxsus “VAZ 21074” markalı, “**-VO-***” dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1065/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1064/2016 saylı, xx.xx.2016-cı il tarixli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-334/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadları ləğv edilsin. Borclu1 məxsus olan “QAZ 24” minik markalı, “**-EX-***” dövlət qeydiyyat nişanlı avtomobilin, Borclu2 məxsus olan “VAZ 21061” minik markalı, “**-ZF-***” dövlət qeydiyyat nişanlı avtomobilin və Borclu3 məxsus “VAZ 21074” markalı, “**-VO-***” dövlət qeydiyyat nişanlı nişanlı avtomobillərin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-4/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-4/2023
16.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver