Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-4/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X1 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, X3 tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə İşin halları X8 ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xəzər rayon icra şöbəsinin rəisi İdris Həsənquliyevin və icra məmuru Şəfəq Neymətzadənin onun barəsində olan icra sənədinin icrası ilə bağlı hərəkətləri və hərəkətsizlikləri qanunsuz hesab edilməsi,on üç il üzərində saxladıqları məcburetmə tərbirləri olan axtarışa verilməyi ilə bağlı çıxardıqları,göndərdikləri qərar qismində məcburetmə hərəkətlərinin qanunsuz hərəkətləri və hərəkətsizlikləri davam etdirən Bakı şəhəri Xəzər rayon icra şöbəsinin rəisi İdris Həsənquliyevin və icra məmuru Şəfəq Neymətzadənin,eləcə də qanunsuz məhkəmə əmri çıxardaraq dörd il otağında saxlayıb həmin məhkəmə əmrinə münasibətdə qanunsuz icra vərəqəsi yazaraq icraya göndərmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi olmuş Emin Mehdiyev barəsində xüsusi qərar çıxardılaraq Ədliyyə Nazirliyinə və Məhkəmə Hüquq Şurasına təqdimat və yaxud məlumat verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 tərəfindən verilmiş şikayət ərizəsi əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından borclu X8 tərəfindən şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-219/2025 saylı xx.xx.2025-ci il tarixl iqərardadı ilə X4 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. X4 tərəfindən Xəzər rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən verilən şikayətə yuxarıda qeyd edilənlərə əsasən münasibət bildirilməsi üçün iş yenidən həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən X1 vəkili və nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək, bildirdirir ki, heç bir araşdırma araşdırılmadan 4 il sonra yenidən məhkəmə əmri icraya yönəldilmiş və borcludan ödəmiş olduğu pul məbləği yenidən tələb edilmiş. Həmçinin borclunun izahatı alınmadan barəsində axtarış elan edilmişdir. Beləliklə, hesab edir ki, bütün ərizədə qeyd edilən hərəkətlər qanunsuz olaraq edilmişdir. Digər tərəflər şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri hazırki şikayətə baxılmasına mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlər xx.xx.2010-cu il tarixli Borc müqaviləsindən görünür ki, Tələbkar X7 xx.xx.2010-cu ildən xx.xx.2010-cu il tarixinədən qaytarmaq şərti ilə 7500 ABŞ dolları (6000 manat) borc vermişdir. 1(003)-12/2011 saylı xx.xx.2011-ci il tarixli hökmdən görünür ki, X2 Polad Arif oğlu ilə qabaqcadan əlbir olmaqla Bakı şəhəri, Mərdəkan qəsəbəsi,yeni yaşayış sahəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair müvafiq sənədlər düzəldilməsi adı ilə onun verdiyi pulun 8000 ABŞ dollar hissəsini, 6400 manat pulu ələ keçirərək X15 adına hüquq verən sənəd-sərəncam hazırlamış və həmin sərəncamla Tələbkar satmaqla ona xeyli miqdarda ziyan vurmuşdur.Tələbkar dəymiş zərər tam olaraq ödənildiyinə görə onun tərəfindən verilmiş mülki iddiaya xitam verilmişdir. xx.xx.2013-cü il tarixli Nəsimi rayon məhkəməsinin əmrindən görünür ki, X5 Tələbkar xeyrinə 7.500 ABŞ dolları (borcun ödənildiyi günə valyutanın cari kursu ilə Azərbaycan manatı) və 10 manat dövlət rüsumu tutulması əmr edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. 44-cü maddəsinə əsasən icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi borclu barəsində məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. 75.2-ci maddəsinə əsasən birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. 84.2-ci mаddəsinə əsаsən icrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsində məhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur Azərbaycan Respublikası MPM-nin 15.2-ci mаddələrinə əsаsən məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. Məhkəmənin mövqeyi Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, şikayətçi X8 barəsində 1(003)-12/2011 saylı cinayət işi üzrə xx.xx.2011-ci il tarixli hökm qəbul edilmiş və həmin hökmə əsasən zərərçəkmiş Tələbkar dəymiş maddi zərərin tam şəkildə ödənilməsi səbəbilə mülki iddiaya xitam verilmişdir. Eyni zamanda, xx.xx.2013-cü il tarixli Nəsimi Rayon Məhkəməsinin məhkəmə əmri xx.xx.2010-cu il tarixli Borc Müqaviləsi əsasında verilməklə, X5 Tələbkar xeyrinə 7.500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını nəzərdə tutur. X14 məhkəməyə ünvanladığı ərizədə qeyd olunan məbləğin 2011-ci il tarixli hökm əsasında Tələbkar ödənildiyini, beləliklə də 2013-cü ilə dair məhkəmə əmrinin icrasına əsas qalmasının mümkün olmadığını bildirmişdir. Lakin həmin 7.500 ABŞ dollarının məhz hökm üzrə ödənilmiş zərərin tərkib hissəsi olduğunu sübut edə bilməmişdir. Habelə, Tələbkar xx.xx.2010-cu il tarixli borc müqaviləsinə əsasən ödəniş etməsi ilə bağlı da hər hansı sübut təqdim olunmamışdır. Hazırda da xx.xx.2013-cü il tarixli Nəsimi Rayon Məhkəməsinin məhkəmə əmri qüvvədədir. Bu halları nəzərə alaraq, məhkəmə hesab edir ki, X1 ərizəsi əsassızdır və təmin olunmasına hüquqi əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X8 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-4/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-4/2025
09.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver