Məhkəmə qərarları › İş №8(003)-40/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-40/2023

27.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-40/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2909/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı olaraq həmin icra sənədinə izah verilməsinə dair Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 ərizəsinə baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2909/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı olaraq həmin icra sənədinə izah verilməsini xahiş etmişdir. Hazırda icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2909/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə izah verilməsinə dair ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, icra məmuru ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2909/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə izah verilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində isə borclunun barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2909/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinin izah olunmasına dair işlərdə ərizənin geri qaytarılması ilə bağlı konkret hüquq norması nəzərdə tutulmadığından bununla əlaqədar olaraq məhkəmə həmin Məcəllənin 13.4-cü maddəsini rəhbər tutub, analoji münasibətləri tənzimləyən hüquq normasına istinad etməyi zəruri hesab edir. Yəni həmin maddənin tələbinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazırkı mülki iş ilə əlaqədar isə məhkəmə hesab edir ki, həmin Məcəllənin 170.1-ci maddəsi, yəni iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Həmin maddədə, daha dəqiq ifadə etsək Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 170.1-ci maddəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması əsaslarından biri iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin verilməsidir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər, Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən təqimat geri qytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü , 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2909/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə izah verilməsinə dair Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar