Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-404/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Tələbkar QSC-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4777/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icra edilmədən qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar QSC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4777/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icra edilmədən “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 4777/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə Xəzər Rayon İcra Şöbəsi tərəfindən "İcra haqqında" Azərabaycan Respublikasının Qanununun 23.1.3cü maddəsi əsasında məhkəməyə qaytarılmışdır. Qeyd edilən icra sənədi əsasında Borclu tələbkar "X2 Azərbaycan" QSC-yə 444.27 manat məbləğində qalıq borcu vardır. Borclunun hal hazırda işləməsi barədə məlumat əldə edilmişdir.Xəzər Rayon Məhkəməsinin 2(003)-4777/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin qaytarılmasına dair icra məmurunun xx.xx.2022-ci il tarixli qərarını ləğv etməyinizi və sənədini yenidən Xəzər Rayon İcra Şöbəsinə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə şikayətə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mübariz Abbasovun Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-4777/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir Belə ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-4777/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, Borclu kreditor “X2 Azerbaycan-' QSC-nin xeyrinə əsas borc üzrə 666,13 manat, faiz borcu uzrə 4,75 manat cərimə borcu üzrə 33 99 manat, müqavilə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 0.52 manat, bildirişin göndərilməsi üzrə 5,50 manat cəmi 750,87 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində bank xidmət haqqı, ümumilikdə 771,27 manat məbləğində pul tutulmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)- 4777/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri icra edilməsi üçün Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mübariz Abbasov xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-4777/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrini icra edilmədən geri qaytarılması barədə qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bır əmlak aşkar edilməmişdir. Həmçinin Borclu icra sənədində göstərilən ünvan 1 ünvanında olduq, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildi, tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadı və bu barədə xx.xx.2022-ci il tarixli att tərtib olunmuşdur. Göründüyü kimi, icra sənədi icra edilmədən, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Mübahisələndirilən qərardan görünür ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bır əmlak aşkar edilməmişdir. Həmçinin Borclu icra sənədində göstərilən ünvan 1 ünvanında olduq, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildi, tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadı və bu barədə xx.xx.2022-ci il tarixli att tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Borclu icra sənədində göstərilən ünvanında olduq, həmin zaman borcluya məxsus heç bir əmlakın olmadığı müəyyən olunmuşdur. Məhkəmə tərəfindən icra məmurunun istinad etdiyi halların yoxlanılması məqsədilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-4777/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə əlaqədar icra işi Xəzər Rayon İcra Şöbəsindən tələb edilmiş və icra işi məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş icra işindən müəyyən olunur ki, icra məmuru tərəfindən icra sənədinin vaxtında və düzgün icra etəməyərək icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edərək digər zəruri icra hərəkətlərini tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamışdır. Lakin məhkəmə qeyd edir ki, borclunun əmlakına baxış keçirilərkən tələbkarın icraatda iştirakının təmin olunması barədə məlumatın verilməsi barədə sübut icra işində müəyyən olunmamışdır. Belə ki, icra haqqında Qanunun 32-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Qanunvericiliyin tələbindən görünür ki fiziki şəxslər icraatda şəxsən və və ya nümayəndələri vasitəsi ilə iştirak edə bilərlər. Göründüyü kimi, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməmiş və lazımi icra tədbirləri görülməmişdir. Odur ki, ərizə əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərin görülmədiyindən şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4777/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri üzrə icra sənədinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Xəzər rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-cı maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mübariz Abbasovun Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)- 4777/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-404/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-404/2024
06.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver