Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-416/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyzoyev Elşah İlham oğlunun katibliyi ilə, Ərizəçi Borclu iştirakı ilə, Borclu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-830/2023 saylı, 18 may 2023cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Borclu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-830/2023 saylı, 18 may 2023cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2938/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Tələbkar birgə nikah dövründə əldə olunan əmlakın bölünməsi tələbi ilə cavabdeh Borclu 11000 manat məbləğində borcun tutulması qət edilmişdir. Eyni adlı iddia ərizəsinə ilkin olaraq Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində 2(003)-830/2023 saylı iş üzrə hakim Emin Məmmədlinin sədrliyi ilə baxılmışdır. Hazırki vaxtda birkə nikahdan olan X1 Xəzər Rayon Məhkəməsinin 2(003)- 830/2023 saylı xx.xx.2024-cü il qətnaməsi ilə əməkhaqqının ¼ hissəsi tutularaq (375 manat) Tələbkar ödənilir. Borclu həmçinin qeyd edir ki, valideynlərinin yaşlı olmaları səbəbindən onlarında tibbi prosedurlara, dərman peraparatlarının alınmasında ehtiyaclarının qarşılanmasında habelə ailənin gündəlik təminatının qarşılanmasında iştirak edir. (Atasının xəstəliklə əlaqədar 2-ci qrup əlilliyi var, anası isə 7 nömrəli poliklinikada şəkərli diabet xəstəliyi ilə əlaqədar qeydiyyatlı xəstədir). Həmçinin planlaşdırdığı yeni ailə həyatı ilə də gələcəkdə bir sıra maliyyə vəsaitlərinə tələb yaranacağı qaşınılmazdır.Hərbi qulluqçu olaraq Azərbaycan Ordusunda xidmət edir. Yuxarıda qeyd etdiyim səbəblərdən maliyyə vəziyyətinin qənaətbəxş olmamasından və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2938/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş borcun tərəfimdən birdəfəlik ödənilməsi mümkün olmadığından yuxarıda qeyd edilən qərarın icrasını dəyişdirərək borcun hissə-hissə aylıq 50 manat miqdarında ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Borclu ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon İcra Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Borclu ərizəsində icra sənədinin icrasının mümkün olmamasının səbəbi kimi borcu ödəməyə maddi imkanının olmamasını göstərsə də, bu faktı konkret dəlillərlə əsaslandırmamış, ərizəsinin əsasında duran hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin ərizəçinin ərizəsində xahiş etdiyi icra sənədi üzrə borcun ödənilməsi üsulu adıçəkilən icra sənədinin tam icrasını qeyri-müəyyən vaxta qədər təxirə salınmaına gətirib çıxarır. Məhkəmə məhkəmə aktının icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı halların sübuta yetirilmədiyini, həmçinin borcludan tutulmalı olan məbləğin miqdarını, borclu tərəfindən qətnamə icraya yönəldiyi vaxtdan tələbkara olan borcundan ödənişlər barədə sənəd təqdim edilmədiyindən, həmçinin borclu tərəfindən borcun hissə-hissə icra edilməsi barədə ərizəsində qeyri-müəyyən müddətdə ödənilməsi, icra işi üzrə tələbkarın maraqlarına və mənafeyinə uyğun olmamasını nəzərə almaqla ərizənin təmin edilməsini ədalətli və ağlabatan hesab etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ Borclu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-830/2023 saylı, 18 may 2023-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №8(003)-416/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-416/2024
20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver