Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-421/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7911/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Hüseynovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon icra Şöbəsinin icra məmuru Şəfəq Hüseynova təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7911/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 6380,02 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Tələb Xəzər rayon İcra Şöbəsinin təqdimatı əsasında borcluya məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə yönəlmişdir və Xəzər rayon Məhkəməsinin 8(003)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulması təmin edilmişdir. Daha sonra borclu icra sənədi üzrə tələbi tam şəkildə təmin edildiyindən xx.xx.2024-cü il tarixdə iş üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin uzərindən həbsin göturulməsi xahiş edilmişdir. Təqdimatın baxılma yeri və vaxtı barədə borclu, tələbkar və Xəzər rayon İcra Şöbəsinə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.Tərəflərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onların iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7911/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X2, X1 və Borclu müştərək qaydada 6380,02 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Tələbkar QSC-nin Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, tələbkar icra sənədi üzrə tələb tam icra olunduğu üçün icraata xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7911/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Xəzər rayon Məhkəməsinin 8(003)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Xəzər rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №8(003)-421/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-421/2024
27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver