Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-43/2023 16.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(072)-547/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.1976-cı ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuş və Xəzər rayonu Şüvəlan qəsəbəsi “Spartak” sanatoriyası ünvanında yaşayan Borclu 10841.2 ABŞ dolları pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə Borclu göndərilmiş, tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxtadək icra sənədinin icrası tam şəkildə təmin edilməmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin icra məmuru və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Borclu xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixə təxirə salınmış məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təqdimat vermiş Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun və tərəflərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin 2(017)-547/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, kreditor "xxxx" QSC-nin xeyrinə borclular X1 və Borclu müştərək qaydada xx.xx.2014-cü il tarixli 27 R000004150 saylı kredit razılaşması üzrə 4504.39 ABŞ dolları məbləğində kredit borcu, 1172,18 ABŞ dolları məbləğində faiz borcu, 450.43 ABŞ dolları məbləğində cərimə borcu və xx.xx.2014-cü il tarixli 027KK000000077 saylı kredit razılaşması üzrə isə 2914,03 ABŞ dolları məbləğində kredit borcu, 428,72 ABŞ dolları məbləğində faiz borcu, 1371,45 ABŞ dolları məbləğində cərimə borcu və 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Borclu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun "xxxx" QSC qarşısında zamin qismində heç bir öhdəliyi qalmamışdır. Ərizəyə əlavə edilmiş "xxxx" QSC tərəfindən Borclu ünvanlanan 1578 saylı xx.xx.2023-cü il tarixli məktubdan məlum olur ki, Borclu bank qarşısında xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə zamin qismində 17.000 ABŞ dolları və xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə zamin qismində 3.000 ABŞ dolları məbləğində öhdəlikləri mövcud olmuşdur. Hal-hazırda həmin öhdəliklər tam olaraq yerinə yetirilmişdir və sonuncunun bank qarşısında zamin qismində hər hansı öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. İşin hallarından görünür ki, icra məmurunun təqdimatında Borclu tələbkar "xxxx" QSC-nin xeyrinə cəmi 10841,2 ABŞ dolları pul vəsaiti və 20 manat dövlət rüsumunun tutulması qeyd edilmişdir. Lakin bank tərəfindən Borclu ünvanlanan xx.xx.2023-cü il tarixli 1578 nömrəli məktubdan görünür ki, Borclu bank qarşısında zamin qismində heç bir öhdəliyi mövcud deyildir. Öhdəlik olmadığına görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-43/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-43/2023
16.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver