Məhkəmə qərarları › İş №8(003)-44/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-44/2022

18.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-44/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli e-MTT(006)-57/2021 №-li icra sənədi üzrə borclu Rəsul-zadə Səbinə Rafiq qızının məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli e-MTT(006)- 57/2021 №-li icra sənədinə əsasən, mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək X1 06.09.2019-cu il təvəllüdlü X2 ilə ünsiyyətdə olmaq üçün hər həftənin şənbə günü səhər saat 11:00-dan günorta saat 13:00-dək öz mülahizəsinə uyğun yerdə görüşmək üçün şərait yaradılmalı, ünsiyyət şəxsi görüş formasında həyata keçirilməlidir. Hazırda Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev qeyd olunan icra sənədi üzrə borclu Rəsul-zadə Səbinə Rafiq qızının məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi 12.01.2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Təqdimatdan və icra işinin materiallarından görünür ki, borclu Rəsul-zadə Səbinə Rafiq qızı icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. 25.01.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, ev 6 ünvanında qeydiyyatda olan Rəsul-zadə Səbinə Rafiq qızının məcburi gətirilməsi barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli e-MTT(006)- 57/2021 №-li icra sənədi üzrə borclu – 01.10.1984-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Rəsul-zadə Səbinə Rafiq qızı ünvan 2əcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar