Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-48/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, X5 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-830/2023 saylı, 18 may 2023-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X6 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-830/2023 saylı, 18 may 2023-cü il tarixli icra sənədinin hissə-hissə olmaqla əmək haqqından tutularaq ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2938/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Tələbkar birgə nikah dövründə əldə olunan əmlakın bölünməsi tələbi ilə cavabdeh X3 11000 manat məbləğində borcun tutulması qət edilmişdir. Eyni adlı iddia ərizəsinə ilkin olaraq Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində 2(003)-830/2023 saylı iş üzrə hakim Emin Məmmədlinin sədrliyi ilə baxılmışdır. Hazırki vaxtda birkə nikahdan olan X1 Xəzər Rayon Məhkəməsinin 2(003)- 830/2023 saylı xx.xx.2024-cü il qətnaməsi ilə əməkhaqqının ¼ hissəsi tutularaq (375 manat) Tələbkar ödənilir. Borclu həmçinin qeyd edir ki, valideynlərinin yaşlı olmaları səbəbindən onlarında tibbi prosedurlara, dərman peraparatlarının alınmasında ehtiyaclarının qarşılanmasında habelə ailənin gündəlik təminatının qarşılanmasında iştirak edir. (Atasının xəstəliklə əlaqədar 2-ci qrup əlilliyi var, anası isə 7 nömrəli poliklinikada şəkərli diabet xəstəliyi ilə əlaqədar qeydiyyatlı xəstədir). Həmçinin planlaşdırdığı yeni ailə həyatı ilə də gələcəkdə bir sıra maliyyə vəsaitlərinə tələb yaranacağı qaşınılmazdır. Hərbi qulluqçu olaraq Azərbaycan Ordusunda xidmət edir. Maliyyə mənbəyi yalnız dövlətdən aldığı vəsaitdir, başqa gəlir yeri yoxdur. Maliyyə vəziyyətinin qənaətbəxş olmaması ilə və icra sənədində müəyyən edilmiş 11000 manat borcun tərəfindən birdəfəlik ödənilməsi mümkün olmadığından, qərarın icrasını dəyişdirərək borcun hissə-hissə olmaqla əmək haqqından tutularaq tələbkara ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X6 07 fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və icra sənədində müəyyən edilmiş 11000 manat borc məbləğinin aylıq 200 manat olmaqla əmək haqqından tutularaq tələbkara ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar və Bakı şəhəri Xətai rayon İcra Şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdirlər və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Göründüyü kimi, qanunvericiliyə əsasən tələbin borclunun əmək haqqına yönəldilməsi icra məmuru tərəfindən həyata keçirilən məcburi icra tədbirlərinə aiddir. Bu səbəbdən borclu hazırki ərizəsi ilə məhkəməyə deyil aidiyyəti üzrə icra şöbəsinə müraciət etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, X5 ərizəsinə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılması və hüquqi qiymət verilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ X2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-830/2023 saylı, 18 may 2023-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №8(003)-48/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-48/2025
12.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver